Quru və cansız saçlar üçün təbii vasitələr.

Quru saçlar

Quru saçlardan qurtulmaq üçün təbii maskalar.

Quru saçlar bəzən ana və ya atadan keçən genetik xüsusiyyət ola bilir. Ancaq saçların yalnış yuyulması, qurulanması və təmizlənməsi də onun qurumasına səbəb ola bilər. Lazımi miqdarda nəmliyə sahib olmayan saçlar bir müddət sonra quruyur, qırılır və cansız formaya düşür. Adətən saçların quruma səbəbləri kimi çox tez-tez yuma, sərt sabunlardan istifadə, fen istiliyinə həddən artıq məruz qalmaq göstərilir.

Bu vəziyyətlə evdə mübarizə aparmaq üçün bir neçə təbii vasitə mövcuddur. Lakin maskalardan sonra hələ də saçınızdakı quruluq davam edirsə, həkimə müraciət etməniz tövsiyə olunur.

Greta Breedlove “ Sağlam saçlar üçün təbii müalicələr. “ adlı kitabında quru saçlar üçün mayonez maskası verilib. Balaca  kasada olan mayonezin üzərinə 1 stəkan su əlavə edin. İlıq su ilə saçınızı isladın, qalın təbəqə kimi mayonezi saç dərinizə çəkin və hər yerinə yayın. Saçınızı bir torba ilə bağlayın və 30 dəqiqə gözlədikdən sonra şampunla yuyun. Həddən artıq quru saçlar üçün bu maska həftədə bir dəfə istifadə oluna bilər.

  • Qatıq və yağ maskası.

Janice Coksun “Ecobeauty” adlı araşdırmasına görə qatıq və yağ birlikdə istifadə olunduqda qırılmış və zədəli saçların bərpası üçün olduqca yaxşı vasitə halına gəlir. Blenderin içinə ½ stəkan qatıq, 2 xörək qaşığı zeytun yağı və istəsəsniz 6 damla esensial yağ əlavə edib, qarışdırın. Bu birləşməyə yasəmən, şalfey, lavanda və ya rozmarin kimi esensial yağlar qatıb, onu daha da gücləndirə bilərsiniz. Maskanın krem halına yaxın bir formada olmasına fikir verin. Maskanı saç diblərinizə yaxın və torba ilə bağlayın. 15-20 dəqiqə sonra isti su ilə durulayın. Həftədə 2-3 dəfə təkrarlandıqda effektli olacaqdır.

  • Badam yağı.

Suna Dumankayanın verdiyi bir maskanı sizinlə paylaşmaq istəyirik. 25ml badam yağı və ya balqabaq dənəsi yağı ilə 25ml zeytun yağını qarışdırın, saçlarınıza çəkin. Daha sonra saçınızı dəsmalla bağlayıb bir neçə saat və ya gecə boyu saxlayın. Açdıqdan sonra uyğun şampunla saçlarınızı yuyun.

  • Alma sirkəsi və kokos.

1 xörək qaşığı alma sirkəsi, 5 damla kokos (hind qozu) yağı və 1-2 litr isti suyu qarışdırın. Hazırladığınız məhlulla saçınızı durulayın. Bu maska saçınıza parlaqlıq və elastiklik verəcəkdir. (Suna Dumankaya )

Orta boy bananı əzib püre halına salın, üzərinə 1 yemək qaşığı zeytun yağı əlavə edin. Sonra onu saç dərinizə masaj edərək çəkin. 30 dəqiqə gözlədikdən sonra ilıq su və şampunla yuyun.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*