Yeni LG G6 smartfonu tezliklə istifadəçilərə təqdim ediləcək.

Yeni LG G6 smartfonu tezliklə istifadəçilərə təqdim ediləcək.

Yeni smartfon LG G6 tezliklə işıq üzü görəcək.

Qarşıda dünyanın ən böyük mobil və istehlak elektrotexnikaları sərgisi olan MWC2017 gəlir odur ki, istehsalçılar artıq tədricən öz planları və digər maraqlı açıqlamaları ilə bölüşməyə başlayıblar. LG şirkəti mərasimin aparıcı iştirakçısı kimi artıq üzərində yeni smartfonunun anons edilmə tarixi göstərilən dəvətnamələr hazırlamışdır.

Dəvətnamənin üzərində göstərilən şəkilə inanılsa bu qeyri standart tərəflərə malik, çərçivəsiz və böyük dioqanallı smartfondur. Yeni smartfonun şuarı “Çox gör, çox oyna” kimi səslənir. Böyük ehtimalla bu şuar ekranın böyüklüyünə eyni zamanda batareyanın böyük həcmi və güclü proqram təminatına işarədir. Bu dəvətnamədə mərasimin keçirilmə yeri İspaniya tarixi isə 26 fevral 2017-ci il göstərilmişdir.

Qeyri rəsmi informasiyalara görə LG G6 müxtəlif fokus məsafəli iki kamera, dəyişdirilə bilən batareya, batareyanın tez doldurulma imkanı və daxili komponentlərin soyudulma sisteminə malikdir. Maraqlı odur ki, smartfon həm USB Type-C və eyni zamanda 3.5 audioçıxışa malik olacaqdır. LG G6 Snapdragon 835 prosessoru ilə təchiz ediləcəyi gözlənilir.