Samsung Galaxy Note 7 smartfonlarının partlama səbəbi məlum oldu.

Samsung Galaxy Note 7 smartfonlarının partlama səbəbi məlum oldu.

The Wall Streat Journal, Koreya şirkətindəki mənbəyinə istinad edərək bildiri ki, Samsung Galaxy Note 7 smartfonlarının partlama səbəbi, onların Samsung DPİ şirkəti tərəfindən istehsal edilən batareyalarının qeyri-standart konstruksiyasıdır. Beləki, adapter elementlərinin qeyri-standart tərtibatı batareyanın qızması və detonasiyasına gətirib çıxarırdı.

Araşdırmada iştirak edən ekspertlər hesab edirlər ki, batareyalar istehsalçı müəssisədə istehsal prosesi ərzində zədələnə bilərdilər. Məlumata görə şirkət nümayəndələri bu daxili araşdırmanın nəticəsini üzümüzə gələn həftənin bazar ertəsi günü ictimayətə bildirəcəklər.

Xatırlatmaq istəyirik ki, Samsung Galaxy Note 7 smartfonlarının satışı 2016-cı ilin avqust ayında başlanmışdı və artıq həmin ilin sentyabr ayında bu smartfonların durduğu yerdə alışması haqda yazılar peyda olmağa başladı. Oktyabr ayında Samsung şirkəti 2500000 ədəd satışa buraxılmış Samsung Galaxy Note 7 smartfonunu geri çağırdı.

Credit Suisse investisiya bankının hesablamalarına görə Samsung şirkətinin bu qüsura görə çəkdiyi zərər 17 milyard dollar olmuşdur.

 

mənbə