HP şirkəti noutbook batareyalarını PULSUZ deyişəcək.

HP şirkəti noutbook batareyalarını PULSUZ deyişəcək.

HP korporasiyasının reputasiyası təhlükə altina girə bilər.

Samsung şirkətinin səhfindən sonra, cəmiyyət litium İon batareyalarının təhlükəsizliyi məsələsinə ciddi yanaşmağa bağladı. Məhsulunun keyfiyyətinə diqqətini yönəltməyən şirkətlər bu gün öz reputasiya və külli miqdarda vəsaitini itirir.

Keçən ilin iyun ayında HP şirkəti 41000 ədəd HP Notebook batareyasını geri çağırdığı haqda bəyanat verib. Bu batareyalar şirkətin bir çox modellərində istifadə edilmişdi (HP Compaq, HP ProBook, HP ENVY, Compaq Presario və HP Pavilion). Səbəb kimi bu batareyaların qızma və nəticədə alışma təhlükəsinin olması bildirilmişdir.

Bu gün HP şirkəti geriyə çağırış proqramını genişdirmiş və 101000 ədəd problemli batareyanı geri çağırmışdır. Dəyişdirilməli olan batareyaların nömrələri bunlardır:

6BZLU, 6CGFK, 6CGFQ, 6CZMB, 6DEMA, 6DEMH, 6DGAL, 6EBVA

Şirkət bu batareya istifadəçilərinə harda alınmasından, qarantiya müddətinin bitib bitməməsindən, komplekt ya da ayrıca alınmasından aslı olmayaraq bu məhsullardan istifadəni dayandırmağa çağırır. Bildirilir ki, alıcılar HP servisə yaxınlaşıb, batareyalarını PULSUZ dəyişdirə bilərlər. Həmçinin şirkətin internet səhifəsindən xüsusi proqram yükləyərək öz batareyanızı yoxlaya bilərsiz.

mənbə

 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*