Dünyanın ən surətli kompyuteri təqdim edildi.

Dünyanın ən surətli kompyuteri təqdim edildi.

İngiltərənin “OVERCLOCKERS UK” şirkəri, dünyanın ən surətli kompyuterini təqdim etdi.

Bu 8Pack OrionX kompyuteridir. Maraqlısı odur ki, bu əslində iki ayrılıqda tam sərbəst işləyə bilən kompyutlərin birləşməsindən əmələ gəlib. Super kompyuter qızmadan qorunmaq üçün, 3 ədəd sulu soyutma sistemi ilə təchiz edilmişdir. Bu sistemlər məxsusi olaraq 8Pack OrionX üçün yaradılmışdir ki, onlar da öz növbəsində mərkəzi və qrafik prosessorların soyudulmasına xidmət edir.

Əjdahanın yığılması üçün “Phanteks Enthoo Elite” korpusdan istifadə edilib. Yuxarıda qeyd edildiyi kimi kompyuterin içində iki ayrılıqda sərbəst çalışa bilən kompyuter yerləşdirilib. Qeyd edək ki, bir kompyuterdə nə qədər ağır proses getsə belə o biri kompyuterə bu heç bir təsir etmir.

İndisə kompyuterin içi haqda:

  • Ana plata- ASUS Rampage V Edition 10 Intel X99;
  • Prosessor-Intel Core i7-6950X, minimum 4,4 GHz-ə qədər;
  • Operativ yaddaş-2666 MHz tezlikli 64 GB “Corsair Dominator Platinum”
  • Videokart-3 ədəd Tri-SLI ilə birləşdirilmiş NVIDIA Titan X (Pascal), 2 000 MHz;
  • SSD-Intel 750 PCIe NVMe 1,2 TB (su soyutmalı);
  • RAİD-də birləşdirilmiş Samsung 850 Pro SSD-disk 1 TB;
  • Sərt Disk – 10 TB.

Əgər kiməsə bu kifayət etmirsə, prosessoru birazda surətləndirmək və 4-cü NVIDIA Titan X videokartını əlavə etmək mümkündür.

Dünyanın ən surətli kompyuteri təqdim edildi.

Əjdahanın içindəki ikinci kompyuterin təchizatı nisbətən zəifdir.

  • Ana plata-ASUS ROG Strix Z270I Gaming;
  • Prosessor-Intel Core i7-7700K (Kaby Lake) 5,1 GHz;
  • Operativ yaddaş-3200 MHz tezlikli 16 GB Corsair Dominator Platinum;
  •  Videokart-1 ədəd Nvidia Titan X (Pascal);
  • SSD-bir çüt RAID-də birləşdirilmiş disk Samsung 960 Polaris NVMe 512 GB;
  • Sərt Disk – 10 TB.