Platonik sevgini gerçək sevgiyə çevirmə yolları.

Platonik sevgini gerçək sevgiyə çevirmə yolları.

Platonik sevgini gerçək etmənin yolları.

Sevgi platonik olsa belə, yaşadığımız ən gözəl duyğulardan biridir. Qarşılıqsız ya da platonik sevgi olduqda isə tam əksi ilə üzləşirik. Sevgi hissi duyduğunuz, amma etiraf edə bilmədiyiniz, bu səbəblə bütün günü kədərlənməyiniz, qarşınızdakının heç bir şeydən xəbərdar olmadığı situasiyalar çoxunuzda olub. Ünsiyyətdə olduğunuz birinə və dostunuza hiss etdiyiniz sevgini etiraf etmək çox çətindir. Çünki hər şeyi söyləyib canınızı qurtarmaq ümidverici bir hal kimi görünsə də, işin axırında sevdiyiniz şəxsi itirmək qorxusu dayanır. Əlbəttə bəzən bu riskə dəyir, lakin bütün variantları sınadıqdan sonra.

Bu da sizə platonik sevgini gerçəyə çevirmənin yolları…

  • Qarşılıqsız sevgini öz içinizdə etiraf edin.

Bir problemi həll etmək üçün ilk növbədə onun varlığı ilə razılaşmaq gərəkdir. Biz qadınlar kişilərin kiçicik bir hərəkətindən böyük mənalar çıxartmağı sevirik. Amma qəbul etmək lazımdır ki, birinin sizinlə birlikdə əylənməyi, vaxt keçirməyi sevməsi, sizə aşiq olduğu anlamına gəlmir. Bu vəziyyətlə üzləşin. Sizin sevdiyiniz adam sizə qarşı eyni hissləri keçirmir. Bəlkə sizin duyğularınızı görmür, bəlkə də heç vecinə də deyil. Əgər o da sizə qarşı nəsə hiss etsəydi, etiraf edərdi. Çünki bu kişilər üçün daha asan məsələdir. Düşdüyünüz situasiyanı analiz edin, daha sonra necə hərəkət edəcəyinizə qərar verin.

  • Başqaları ilə vaxt keçirin.

Aşiq olduğunuz kişidən “mükəmməl qadınsan”, “ tam sevgili olunacaq insansan” , “kim səninlə birlikdə olmağı istəməz ki? “ kimi sözləri duyduğunuzda ümidlənməyiniz çox yalnışdır. Çünki bu cümlələri qurmasına baxmayaraq sizə qarşı bir addım atmırsa, bunun tək bir səbəbi var – sizi özü üçün sevgili oluna bilənəcək qadınlar kateqoriyasında görməməsidir. Bəli siz mükəmməlsiniz, gözəl qadınsınız, amma onun üçün sadəcə dostsunuz. Sizi dost olaraq tanıyır, sevir və yəqin ki, bundan artığının ola biləcəyini ağlına gətirmir. Buna görə də sizi dost statusundan fərqli bir statusda görməsi lazımdır. Sizi başqa adamlarla görüşəndə, əylənəndə, yaxşı vaxt keçirdiyinizi görəndə qadınlığınızı hiss edəcək. Bir də əlbəttə ki sizi itirə bilməsini anlayır. Çox təəssüf ki, bir çox kişi əlindəkinin dəyərini itirikdən sonra anlayır.

  • Cəsarətli olun.

Birinə qarşı nəsə hiss etdiyinizdə irəli addım atmağın çətinləşdiyi anlaşılandır, ancaq bunu etməlisiniz. Onunla vaxt keçirtmək, ya da əylənmək istəyirsinizsə, onu dəvət edin. Bir qadının bunu etməsi onu alçaldacaq bir şey deyil. Əksinə qarşınızdakı kişi bu hərəkətinizdən cəsarətlənə bilər. Qorxularınızla birlikdə evdə oturub, ssenari qurmağı bir kənara qoyun və hərəkətə keçin. Bəlkə də qarşınızdakı bu həmləni gözləyən bir kişidir. Ya da sizin onu dostdan daha artıq gördünüzü anladıqda işlər onun üçün də dəyişə bilər. Ən pis ehtimal sevdiyiniz şəxslə birlikdə əylənməniz olacaqdır. Eyni zamanda ürəyiniz istədiyində mesaj göndərin, zəng edin, onun marağına səbəb olacaq məlumatlar paylaşın.

  • Görünüşünüzü dəyişin.

Kişilər surprizləri və həyəcanlanmağı sevirlər. Əgər sizi qadın kimi diqqətini cəlb etmək istəyirsinizsə, görünüşünüzü dəyişin. Hər zamankından daha cazibədar, daha sevimli olmağı sınayın. Özünüzdə nəyi əksik görürsünüzsə ona fikrinizi yönəldin. Böyük bir dəyişiklik etmənizə də, gərək yoxdur. Makyaj formasını dəyiştirin, əvvəllər istifadə etmədiyiniz pomadanı çəkin, saçlarınızı boyayın, ya da geyim tərzinizə əl gəzdirin. Amma unutmayın ki, bunlar onu həyəcanlandırmaq üçündür. Ona görə edəcəyiniz dəyişikliklər haqqında əvvəlcədən ona heç nə deməyin. Sizi ilk gördüyündə verəcəyi reaksiyaya, üz ifadəsinə diqqət edin.

  • Onu gözlədiyinizi hiss etdirməyin.

Kişilər qaçan qovalanır oyununu sevirlər. Hər zaman yanlarında olan və nə olursa, olsun getməyəcəklərini bildikləri qadın üçün səy göstərmirlər. Siz sevginizi ona daha çox göstərdikcə kişinin gözündə olan dəyəriniz aşağı düşür. Çünki sizi qarantiya kimi əlində saxlayır. Ona hər zaman yanında olmayacağınızı, sizin də öz həyatınız olduğunu hiss etdirin. Hələ bir sevgi münasibətinə başlamazdan öncə kişiyə bir qadının verəcəyi hər şeyi versəniz, bütün məsuliyyəti öz üzərinizə götürmüş olacaqsınız. Ona sevginizi göstərməklə yanaşı, nə qədər əlçatmaz olduğunuzu da hiss etdirin.

  • Etiraf edin.

Əlinizdən gələni etmisiniz və qarşınızdakı kişidən hələ də istədiyiniz reaksiyanı ala bilməmisiniz? Onda tək bir çarə qalır-etiraf. Bəzən kişilər sizin çabalarınızı anlamaya bilir. “Sevirsənsə, get etiraf et “ deyən içinizdəki səsə qulaq asın. Əgər qorxunuz onunla dostluğunuzun bitməsidirsə, inanın ki, sevdiyiniz şəxslə dost qalmaq sizə daha çox əzab verəcəkdir. Deyin və canınızı qurtarın.