Mükəmməl keks bişirmənin incəlikləri.

Keks bişirməyi hamımız sevirik, ancaq qabarmayan kekslər başa bəladır. Bu gün sizə qonaqlarınızı və ailənizi valeh edəcək keksi

Keks bişirməyi hamımız sevirik, ancaq qabarmayan kekslər başa bəladır. Bu gün sizə qonaqlarınızı və ailənizi valeh edəcək keksi necə bişirməli olduğunuzla bağlı məsləhətlər verəcəyik.

  1. Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.
  2. Bütün məhsulların təzə olmasına fikir verin.
  3. Yumurtaları ağarıb köpüklənənə kimi mikserləyin.
  4. Yumurtanın üzərinə şəkər tozunu əlavə edib əriyənə qədər qarışdırın.
  5. Yumşalmış yağ çox önəmlidir.
  6. Un, qabartma tozu, vanil kimi məhsulları ələdikdən sonra qarışdırın. Bunları taxta qaşıqla qarışdırsanız daha yaxşı olar.
  7. Xəmir hazır olduqdan sonra 2-3 dəqiqə müddətində keksi sobaya yerləşdirin.
  8. Keks qabını yaxşı-yaxşı yağlayın. Əgər keksiniz yenə yapışırsa, keks qabına bir az un ələyin.
  9. Sobanızı əvvəlcədən 5-6 dəqiqə qızdırın, 180 dərəcədə keksinizi bişirin.
  10. İlk 10 dəqiqə ərzində sobanın qapağını açmayın.
  11. Keksin bişib bişmədiyini yoxlamaq üçün diş çöpü və ya kibrit çöpündən istifadə edə bilərsiniz. Çöpü keksin fərqli hissələrinə batırın, çubuğa xəmir yapışmırsa, keksiniz bişib.
  12. Bişmiş keks tam soyuduqdan sonra doğrayın. Əks halda keksiniz xəmir halına düşəcək.

Sadə keks resepti və hazırlanma qaydası.

Ərzaqlar.

  • 130 qram kərə yağı
  • 3 yumurta
  • 5 stəkan şəkər tozu
  • 1-2 xörək qaşığı duru yağ
  • 2 stəkan un
  • 1 paket qabartma tozu
  • Yarım paket vanil
  • Yarım stəkan xama

Hazırlanması.

Yumurtaları krem halına gələnə qədər mikserlə qarışdırın, üzərinə şəkər tozu əlavə edin və tam həll olana qədər mikserləyin. Yumşalmış kərə yağını və duru yağı da buraya əlavə edib qarışdırmağa davam edin. Daha sonra un, vanil, qabartma tozunu ələyin, xəmirə əlavə edib mikserləyin. Homogen məhlul əldə etdikdən sonra üzərinə xama əlavə edin, yenə qarışdırın. Keks qabını yağlayın və xəmiri buraya tökün. 5 dəqiqə qızdırılmış 180 dərəcəlik sobaya yerləşdirin və bişirin. Təxminən 30-35 dəqiqəyə bişəcəkdir. Bəzən 40 dəqiqəyə bişmək ehtimalı da var. Kakaolu sevirsinizsə, 2-3 xörək qaşığı kakaonu un ilə birlikdə ələyə bilərsiniz.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*