Kişiləri valeh etməyin sirləri.

Kişiləri valeh etməyin sirləri

Kişiləri valeh etməyin sirləri hansılardır ?

Kişilərin qadınlarda sevdiyi bəzi şeylər hamı tərəfindən sözsüz bilinir. Amma bəziləri “bağlı qutu” kimidir və onları anlamaq çox çətindir. “Qadınlar güclü kişiləri sevir. “ bu sözlər ibtidai icma quruluşundan bizə qalmış “atavizm”-dir. Ancaq çox vaxt etiraf etməsələr də, kişilər də güclü qadınlar istəyir və hətta onlara heyran olurlar. Yaraşıqlı kişilərin çoxunun həyat yoldaşlarının o qədər də gözəl olmadığını tez-tez görürük. Kişilər üçün güclü qadınlar öz ayaqları üzərində dura bilən, qadınlıq xüsusiyyətlərini itirməmiş, kişilərin zəif tərəflərini kompensasiya edə bilən və ən önəmlisi ağıllı qadınlardır. Əgər kişiləri daha yaxşı başa düşmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.

  • Gözəl saçlar.

Unutmayın ki, kişilər bir qadını gördükdə ilk əvvəl həmin qadının üzünə diqqət yetirir və onun xoşagəlimli xanım olub olmadığına qərar verirlər. Bəs onlar sizi qarşıdan deyil, arxa hissədən görsələr, necə? Bəzi kişilər qadının üzünü görməsələr belə, onun cəlbedici qadın olduğunu söyləyərlər. Hansı səbəblə bu fikirdədirlər? Əlbəttə o kişilər qadının saçlarından təsirlənirlər. Qadının saçları onun özünüifadə tərzidir və özünə nə qədər dəyər verdiyini göstərən aksessuar kimidir. Buna görə hər zaman saçlarınızı təmizliyinə və parlaqlığına diqqət yetirin.

  • Özünə güvənli duruş.

Əgər bir qadın başını dik, qamətini düz tutursa, hər zaman kütlənin içində olsa da, maqnit kimi gözləri öz üstünə çəkəcəkdir. Kişilər daima bu cür qadınların yanında olmağa can atır.

  • Uşaqlıq şıltaqlığınızı itirməyin.

Uşaqlıq deyəndə özünü “bəbə” kimi aparan, danışarkən əzilib-büzülən xanımlar nəzərdə tutulmur. Hər insanın içində özünün “balaca mən”i yaşayır. Hərdən onun üçün real həyatın qapılarını açmağa qorxmayın. Stereotipləri qırın, atraksionlara minin, uşaqlar kimi şənlənin. Bəzən sadəcə bir şar üçün sevinməyiniz onlarda xoş təəssurat yaradacaq.

  • Sizin yaxın ətrafınızdakı insanlar.

Qəribə də olsa, kimlərlə münasibət qurduğunuzun, asudə vaxtlarınızı kiminlə keçirməyinizin, dostlarınızın sizin üzərinizdə böyük təsiri var. Əgər bir kişinin hansısa qadından xoşu gəlsə, lakin qadının sosial mühiti mızmız, kobud insanlarla əhatələnibsə, o zaman həmin şəxs sizinlə tanış olmaq üçün addım atmayacaq. Əks situasiyada isə kişi sizinlə tanışlıq üçün əlindən gələni edəcək.

  • Təbii ki, gülüşünüzü unutmamalı.

Bu haqda bir çoxları məlumatlıdır. “ Kişilər qadınlarda nəyi sevir ? “ soruşularkən ilk ağla gələnlərdəndir. Gülüşünüz sizin sünii yoxsa təbii davrandığınızın göstəricisidir. Kişilər gözəl və ürəkdən bir gülüşü çox uzaqdan da görə bilər. Buna görə hər zaman dişlərinizin bəyaz və parlaq olduğuna əmin olun.

  • Hündür dabanlar.

Hündür dabanlar sənin nə dərəcədə cazibədar və güclü bir qadın olduğunun simvoludur. O, gözəl ayaqqabıları geyinməkdən qorxmayın!

  • Gəzişiniz önəmlidir.

Necə gəzdiyin senin haqqında çox şey deyir. Bir çox kinolarda və romanlarda yürüş dərsi alan gözəl qızları yəqin ki, xatırlayırsınız. Sanki böyük bir məqsədin varmış kimi gəzməlisiniz. Özünüzü podiumdakı kimi hiss edin.

  • Sadəcə sənə xas olan moda anlayışı.

Bütün kişilərin fərqli və özünəxas geyimlər geyinən qadınlardan xoşları gəlir. Onlar sənin çəhrayı bir şalvar, tüklü üst geyimi, ya da dəri gödəkçə geyinməyini istərlər.

  • Zərif ayaqlar.

Hündür dabanların həmişə diqqət çəkən bir element olduğunu bildik, amma kişilər Sizin ayaqqabınızın içindəki ayaqlarınıza da fikir verir. Pedikürünüzü, ayaq təmizliyinizi heç vaxt yaddan çıxartmayın. Heç kimin göbələkli barmaqlar və çatlamış dabanlar görməkdən xoşu gəlməz.