İncə bel olmaq üçün yaxın durmamalı olduğunuz 5 ərzaq.

incə bel

Hər qadının arzusu və qüsursuz incə bel sahibi olmaqdır. Hər qadının bədən quruluşu fərqli olduğu kimi ayaq və bədənin üst hissəsinə uyğun şəkildə bel oyuğu da fərqlidir. Bəzi bədən formalarında çox incə bel gözəl görünmür. Ancaq bel və qarın hissəsindəki yağlar həm sağlamlıq, həm də estetik cəhətdən çox önəmlidir. İncə belə sahib olmaq istəyirsinizsə, bel ətrafınızın yağlanmasına imkan verməməlisinz. Bunun üçün bəzi qida məhsullarından imtina etməyiniz məsləhət olunur:

  • Çipsilər.

İncə belə malik olmaq üçün ilk öncə çipsilərlə vidalaşmalısınız. Harvard Universitetinin apardığı araşdırmalara görə doymuş yağlarla zəngin olan çipsilər bel hissəsində yağların toplanmasına səbəb olur.

Üstəlik həddən artıq duzlu olduğu üçün bədəndə şişkinlik yaradır. Nə qədər çox çipsi yesəniz də, özünüzü doymuş hiss etməyəcəksiniz. Yediyiniz 1-2 paket çipsi sizin orqanizminizə minlərcə kalori və yağ formasında geri dönür. Əgər incə bir belə və sağlam bədənə sahib olmaq istəyirsinizsə, çipsi yeməyi dayandırmalısınız.

  • Qazlı içkilər.

Belinizi arıqlatmağa qərar vermisinizsə, qazlı içkilərdən də uzaq durmalısınız. Qazlı və şəkərli içkilər asan yolla atılmayacaq kalorilərin bədənə yığılmasına şərait yaradır. Duru kalori adlandırılan bu içkilər orqanızmdə yağ ehtiyatının çoxalmasına səbəb olur. Bəzi insanlar şəkərli qazlı içkilərin əvəzinə qazlı diyeta içkilərindən istifadə edir. Lakin heç onlar da digərlərindən az mənfi təsirə malik deyil. Hətta diyeta üçün olan qazlı içkilər içənlərin bel ətrafının daha da yağlandığı görünür.

  • Kartof qızartması.

Yağlanmanı artıran qidalardan biri də kartof qızartmasıdır. Araşdırmalara görə, stabil olaraq kartof qızartması yeyən insanlar ildə ən az 1.5 kq kökəlir. Hətta bu rəqəm 7 kq-a qədər yüksələ bilir.

  • Pizza.

Dostlar bir yerə yığışan zaman əlbbəttə ki, əsas yemək pizza olur. Pizzanın tərkibindəki doymuş yağlar piylənməyə səbəb olur. Üzərindəki yağlı və ləzzətli ərzaqları adam yedikcə yemək istəyir.

  • Antrikot.

Təmiz dana əti yeməyin sağlamlığa yararlı olduğunu bilirik. Ancaq antrikot dedikdə məsələ bir az qəlizləşir. Tədqiqatlara görə ətin ən yağlı hissələrindən olan antrikot vücudda yağlanmaya səbə olur. Antrikotu sevə bilərsiniz. Lakin bədən quruluşunuza önəm verirsinizsə, onu nadir hallarda yeməyiniz məsləhətdir.