İlk toy gecəsi qorxusu / Vaginizm

İlk toy gecəsi qorxusu

Qadınlarda ilk toy gecəsi qorxusu probleminin (vaginizm) aradan qaldırılması:

Həkimlərin fikrincə, vaginizm (ilk toy gecəsi qorxusu) tamamilə müalicə etmək mümkündür. Vaginizm qadının yoldaşı ilə cinsi əlaqəyə girmək istəməsinə baxmayaraq, ondan asılı olmadan ağrı qorxusu ilə “ sevgi əzələləri “ adlandırılan əzələlərini sıxaraq cinsi əlaqəyə imkan verməməsi ilə bağlı olan psixoloji pozğunluqdur. Qadın “ özünü müdafiə etmək “ çabası ilə əzələlərini o dərəcədə sıxır ki, sanki arada bir divar formalaşır.

Sevginin göstəricisi olan cinsi həyatın bu cür maneələrə rast gəlməsi kişidə rədd edilmək hissi ilə əsəbiliyə və yoldaşından uzaqlaşmaya səbəb olduğu halda, qadında utanc və günahkarlıq hissinə yol açır. Nəticədə də cütlüyün əlaqəsi getdikcə pisləşməyə doğru yönəlir.

Vaginizmin səbəbləri psixoloji və nadir hallarda da fiziki olmaqla iki hissəyə ayrılır.

  • Fiziki səbəblər arasında:
  • Vaginal infeksiyalar
  • Yumurtalıq kistləri
  • Endometrioz
  • Sistit

kimi xəstəlikləri saymaq mümkündür.

Vaginizmin ən çox görülən səbəbləri sırasında psixoloji səbəblərə rast gəlinir. Qızlıq pərdəsinin müqəddəs olması və uşaqlıq dövründən etibarən onun qorunması ilə bağlı verilən məsləhətlər, mifik söhbətlər, bəzi qadınların isə məsumiyyətini itirmək istəməməsi, vaginizmin getdikcə beyində kök salmasına səbəb olur. Seksual məsələlərin gizliliyinin tabuya çevrilməsi, cinsi təhsilin verilməməsi, ağızdan ağıza yayılmış yalnış cinsi xəbərlər də vaginizmin yaranmasına xeyli təsir göstərir. Ölkəmizdəki gənc qızların çoxu boş yerə həddən artıq ağrı hiss edəcəklərini, çoxlu qanaxmanın olacağını, cinsi həzzin yalnızca kişilərə məxsus olduğunu və qadınlar üçün ayıb bir hiss olduğunu düşünür. Bu fikirlər özünü ən sərt formada ilk gecədə göstərir. Bundan başqa cinsi qorxunun əmələ gəlməsinə yoldaşını sevməmək, zorla evlədirilmə, evlilik problemləri, ərinə qarşı olan qəzəb, hamiləlik qorxusu da şərait yaradır.

Saydığımız bu qədər səbəbə baxmayaraq, vaginizmin müalicəsi mümkündür. Bu cür problemlə üzləşən qadınların ginekoloqun rəhbərliyi altında müayinədən keçməsi tövsiyə olunur. Vaginizm şüuraltı yaranmış olan psixoloji haldır, onun müalicəsi zamanı şüurumuzda ilişib qalmış mənfi düşüncələr məhv edilir. İlk gecədə yaşanmış qorxunu aradan qaldırmaq üçün həkimlər tərəfindən verilmiş məsləhətlər :

  • Öz vücudunuzu fiziolojik və anatomik olaraq tanımağa çalışın.
  • Ətrafınızdakl insanların söylədikləri xurafatlara inanmayın.
  • Birbirinizə güvənin.
  • Cinsi əlaqə ilə bağlı qarşılıqlı söhbətlər aparın, sual verməkdən çəkinməyin.
  • Partnyorunuza qarşı anlayışlı olun.
  • İlk gecə mütləq cinsi əlaqəyə girməlisiniz deyə bir qanun yoxdur, bir-birinizə vaxt ayırın, amma bu məsələni çox da uzatmayın.
  • Bir-birinizin vücudunu tanımaq üçün birlikdə duş qəbul edin.
  • Cinsi məsləhətlər verən öyrədici informasiyalardan yararlanın.
  • Xüsusilə qadınlar öz cinsi orqanları haqqında yetərli informasiya toplamalıdır.

Əziz xanımlar inanırıq ki, az da olsa Sizə fayda verəcək infərmasiya ilə paylaşdıq. Unutmayın bu xəstəlik bir XƏSTƏLİK deyil sadəcə beyninizdən atmalı olduğunuz lazımsız qorxudur. Hecnə düşünsüyünüz kimi qorxunc olmayacaq hər şey sanki qolunuza vurulan bir iynə qədər tez baş verəcək və bundan sonra həyat yoldaşınızla, övladlarınızla uzun və xoşbəxt bir həyat yaşayacaqsınız. İnanın buna görə bir dəfə dişinizi sıxmağa dəyər.