İlk görüşdə qadının kişiyə verməli olduğu 9 vacib sual.

İlk görüşdə

İlk görüşdə kişidən soruşulmalı olan 9 sual.

İlk görüşdə həyəcandan danışa bilməmək, ya da mənasız suallar vermək kimi hallarla qarşılaşa bilərsiniz. Bu cür problemlərin qarşısını almaq və qarşınızdakını daha yaxşı anlaya bilməniz üçün bir neçə sual siyahısı hazırladıq. Bu suallarla vaxtınızı daha əyləncəli və gözəl keçirə bilərsiniz.

  1. Gününü necə keçirirsən?

Geniş aspektli cavabları özündə birləşdirə biləcək bu sual onu daha yaxşı tanımağınıza imkan verəcək. Beləliklə, sosial həyatı, iş həyatı və dostlarına olan bağlılığı haqqında onun birbaşa özündən məlumat əldə edəcəksiniz. Xırda detallara fikir verərək onun haqqında bir qənaətə gələ bilərsiniz.

  1. Boş günlərində hansı işlərlə məşğul olursan?

Bu sual onun nələrdən xoşu gəldiyini, hansı fəaliyyət növü ilə məşğul olmaqdan zövq aldığını bilmək üçün bir fürsətdir. Gündüz çölə çıxır, ya gecə həyatını sevir, dostlar ilə çox vaxt keçirməyi xoşlayır ya yox, kinoya ya teatra gedir, idmanla maraqlanırmı-bütün bunlar haqqında biləcəksiniz.

  1. İşindən məmnunsan?

Birbaşa olaraq “Harada, nə işləyirsən?” soruşmaq əvəzinə bu sualı verməklə onun xarakteri haqqında cüzi də olsa, bir fikriniz olacaq. Kariyera ilə bağlı sual verdiyinizdə onun güclü tərəfləri, nə qədər səbrli olduğu, nələrə qəzəbləndiyi, sevib sevmədiyi davranışları barəsində məlumatlanacaqsınız. İşindən məmnun olsun və ya olmasın bu məsələ haqqında öz fikrini söyləyərkən öz xarakterini açıqca göstərəcəkdir.

  1. Münasibətlərində hiss etdiklərini açıq şəkildə qarşındakına söyləyirsən?

Qarşınızdakının bu münasibətdən nə gözlədiyini, nəyə ümid etdiyini öyrənməyə çalışın. Verəcəyi cavablarla hələ sevgi münasibətlərinə başlamadan qarşınızdakının bununla bağlı fikirlərini bilmiş olacaqsınız. Beləliklə onu bir daha sınaqdan keçirib gələcəkdə ola biləcək mənfi halları indidən qabaqlaya bilərsiniz.

  1. İzləməkdən zövq aldığın film, teatr, TV proqramı və müsiqi janrı hansıdır?

Bu sual onun həyata baxışını göstərəcəkdir. Bununla izlədiyiniz və ya qulaq asdığınız janrlar arasında oxşarlıq olub olmadığını öyrənə bilərsiniz. Yaxşı və dayanıqlı bir münasibət üçün zövqlərin uyğunluğu da önəmlidir.

  1. Əylənmək, yoxsa evlənmək?

Bu sualın birinci görüş üçün uyğun olub olmadığı haqqında düşünə bilərsiniz. Ancaq münasibətə başlayarkən qarşı tərəfin bu məsələ haqqında fikirlərini öyrənməkdə fayda var. Könlünü əyləndirəcək birini axtarır, ya ciddi münasibət qurmaq istəyir.

  1. Pul qazanmaq məcburiyyətində olmasaydın, həyatını necə yaşayardın?

Bu sualla onun xəyalları, arzuları haqqında məlumatlanacaqsınız. Alacağınız cavablardan onun psixologiyasını (optimist ya pessimist olduğunu ) və istəklərini rahatlıqla öyrənəcəksiniz.

  1. Ailənlə yoxsa tək yaşayırsan?

Bu məsələ onun məsuliyyətliliyini və ya ailəsinə bağlılığını analiz etməyə imkan verəcək. Tək yaşayırsa, öz işini görə bilən, azadlığına bağlı və cavabdeh olduğu işləri bilən bir insan olduğunu deyə bilərsiniz. Ailəsi ilə yaşayırsa, fikrinizdə rahatlığına önəm verən, bütün işlərini anası tərəfindən görülməsinə vərdiş etmiş bir kişi profili formalaşdıra bilərsiniz.

  1. Keçmiş sevgililərinlən hələ də görüşürsən?

Bu sual keçmiş sevgililərinə dəyər verib vermədiyini açıqca göstərəcək. Bəzi kişilər ayrıldıqdan sonra keçmiş münasibətləri ilə qətiyyən görüşməmək qərarı alır. Ancaq bəziləri dost kimi görüşməyə davam edir. Sizi narahat edə biləcək bu məsələ haqqında onunla söhbətləşin.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*