Hamiləliyin ilk əlamətləri.

Hamiləliyin, Hamiləliyin ilk əlamətləri.

Hamiləliyin dəqiqləşdirilməsi üçün test etməzdən əvvəl bu sehrli əlamətlərə göz gəzdirin. Əlbəttə hər qadının orqanizmi fərqlidir. Amma bəzi əlamtlər var ki, demək olar bütün qadınlarda bənzərdir. Siz də əgər göstərəсəyimiz əlamətləri özünüzdə hiss edirsinizsə, aptekdən hamiləlik testi almağa tələsin.

Menstruasiyanın kəsilməsi.

Hamiləliyin ən önəmli xəbərçisi menstruasiyanın gecikməsi və dayanmasıdır. Bu dövrdə adətən bir çox qadın nizamsız aybaşı olur və qəfildən qanamalar dayanır. Lakin unutmayın ki, hər menstruasiya kəsilməsi hamilə olduğunuzu göstərmir. Bununla bağlı genekoloqa müraciət edin.

Döşlərdə həssaslıq.

Hamiləliyin bir əlaməti də döşlərin həssaslaşması, şişməsi və ağrımağa başlamasıdır. Əgər sinənizin rəngi bir az dəyişmiş və bərkləşibsə, hamiləlik testi edin.

Halsızlıq və yorğunluq.

Hamiləlikdə olacaq yorğunluqların başlanğıcı olan halsızlıq hamiləliyin ilk pillələrindəki əlamətlərdən hesab olunur. Əgər yuxarıda sadalanan əlamətlərlə yanaşı bütün gün yatmaq istəyirsinizsə, yatağınızdan durmaq istəmirsinizsə, gün ərzində özünüzü çox halsız hiss edirsinizsə, hamilə olmaq ehtimalınız artır.

Ürək bulanması və qoxulara qarşı həssaslıq.

Kinolarda tez-tez şahid olduğumuz səhnələr: hamilə olduğu hələ bilinməyən qadın qəfildən tualetə qaçıb qusur. Hamiləliyin xüsusilə başlanğıcında səhərlər ürək bulanmaları, qoxulara qarşı həssaslıq, bəzi yeməklərdən iyrənmə kimi hallar özünü biruzə verir.

Aclıq hissi.

Hamiləlik zamanı qadınlar adi vaxtalardan çox acır, orqanizmləri fərqli qidalar tələb edir. Bəzi qadınların iştahı artır, bəzilərində isə əksinə azalır. Bu halda da şübhələnə bilərsiniz.

Tez-tez tualetə getmək.

Hər zamankıdan daha çox sidiyə gedirsinizsə, bu erkən hamiləlik əlamətlərindən biri ola bilər.

Baş gicəllənməsi.

Hamiləliyin vücudunuzda etdiyi dəyişikliklərdən biri də qan damarlarının genişlənməsidir. Bu da özlüyündə təzyiqinizin aşağı düşməsinə səbəb olur və nəticədə baş gicəllənmə hallarına rast gəlinir.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*