Uzun kirpiklərə sahib olmanın təbii yolları.

kirpiklər

Addım-addım kirpikləri uzatmaq.

Qadında üz gözəlliyi, üzdə də göz gözəlliyi ən önəmli atributlardandır. Uzun və qalın kirpiklərə sahib olmağı hər qadın istəyər. Bəzi qadınlar bu məsələdə şanslıdır, təbii və sıx kirpiklərə sahibdir. Bəzi qadınların isə kirpikləri seyrək, qısa və nazikdir. Bu problemi aradan qaldırmaq üçün sizə kirpik maskaları təqdim edirik.

  • Təbii yağlar.

Gecə yatmazdan öncə kirpiklərinizin dibinə təbii yağlar çəkin. Bu yağların hamısının məqsədi kirpikləri qurumaqdan, tökülməkdən qoruyaraq sağlam şəkildə uzanmasına kömək etməkdir. Təbii yağlar içərisindəən effektiv olanları zeytun yağı, E vitamini yağı və gənəgərçək yağıdır.

  • Yumurta ağı.

Yumurta ağı protein ehtiyatı ilə zəngindir. Hətta bir çox qadın yumurta ağını zeytun yağı ilə qarışdıraraq saç uzantma maskası hazırlayır. Kirpiklərinizi uzatmaq üçün isə yumurta ağı və gənəgərçək yağını qarışdırın. Sonra qulaq çöpü ilə onu kirpiklərinizə çəkin.

  • Yaşıl çay.

Yaşıl çaya pambığı batırın və kirpiklərinizi silin. Onun tərkibindəki maddələr kirpiklərinizin bəslənməsinə kömək edəcək.

  • Badam yağı.

Badam yağı təbii kirpik uzatma preparatıdır. Heç bir əlavə maddəyə ehtiyac qalmadan badam yağı kirpiklərinizin güclənməsinə müsbət təsir göstərəcək.

  • Zeytun yağı.

Pambığın üzərinə bir neçə damla zeytun yağı tökün və kirpiklərinizə çəkin. Təxmini 5 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Bu üsulu 4 həftə ya da nəticə əldə olunana qədər istifadə edin.

  • Gənəgərçək yağı.

Gənəgərçək yağını balaca bankaya boşaldın. Köhnə tuş fırçasını yaxşıca təmizləyin. Hər gün yatmazdan 2-3 saat əvvəl onu kirpiklərinizə əgər ehtiyac varsa, qaşlarınıza da çəkin. Səhər oyandıqda qaş və kirpiklərinizi yuyun. Hər istifadədən sonra fırçanı təmizləyin.

  • Kakao.

1 stəkan qaynamış suyun içərisinə 1 çay qaşığı gənəgərçək yağı və 1 yemək qaşığından bir az az kakao əlavə edib krem halına gələnə qədər qarışdırın. Bu kremi yatmazdan öncə 15 gün ərzində kirpiklərinizə çəkin.

  • Süd.

Südü qaynadın. İlıqlaşdıqdan sonra onu kirpiklərinizin dibinə sürtün. Bu maskanı gündə 3-4 dəfə təkrarlayın.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*