Evdə balıq qoxusu probleminin həlli yolları.

Evdə balıq qoxusu probleminin həlli yolları.

Evdəki balıq qoxusu!

Balıq nə qədər dadlı və xeyirli olsa da, evdə balıq qoxusu heç də xoşagəlimli deyil. Bu qoxunu aradan qaldırmaq üçün pəncərələri açmaq, aspiratoru yandırmaq çox zaman effektli olmur. Lakin bu səbəbə görə balıq qızartmaqdan vaz keçə bilmərik. Bu səbəbdən doya – doya balıq yeməyiniz üçün praktik məsləhətlər hazırladıq.

  • İlk və ən önəmlisi mətbəxin qapısını və evin digər otaqlarının qapılarını bağlı saxlayın.
  • Balığı qızardarkən başqa bir qazanda sirkəli su qaynadın.
  • Balığı qızartdıqdan sonra bir qazanda suya qaynaya – qaynaya sirkə və limon suyu, dəfnə yarpağı, çubuq darçın və mixək atın.
  • Tavada bir az qəhvə qovurun.
  • İşiniz bitdikdən sonra suya vanil töküb qaynatsanız, evinizdən gözəl ətir gələcək.
  • Tavadakı yağın içərisinə bir neçə dilim limon ata bilərsiniz.
  • Balıqların arasına dəfnə yarpağı düzün.
  • Yeməyi bişirərkən bir kənarda ətirli şam yandırın.
  • Tavaya yaşıl alma dilimləri düzün.
  • Qazançada şəkər tozu əridə bilərsiniz.
  • Tavaya quru çayı əlavə edin və qazı aşağı xoda qoyun.
  • Qazın gözlərindən birində limon və ya portağal qabığı qızardın.
  • Balığı qızartdığınız yağın içərisinə cəfəri ata bilərsiniz.
  • Tefal tavaya bir az şəkər tozu və toz darçın qoyun, bişirin, sonda onlar karamel kimi olacaq. Balıq bişdikdən sonra bu tavayla otaqları gəzin və qoyun hər yana yayılsın.
  • Sobada bişirilən balıq evə daha az iy yayır.
  • Unutmayın ən önəmlisi işiniz bitdikdən sonra tavanı cəld şəkildə yumağınızdır.
  • Əllərinizdə balıq qoxusu qalıbsa, yarım limon suyunu əllərinizlə ovuşdurun və soyuq su ilə yuyun.