Evinizin təmiz qalmasını asanlaşdıracaq məsləhətlər.

Evinizin təmiz qalmasını asanlaşdıracaq məsləhətlər.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil. Xüsusilə, balaca uşaqların olduğu evdə ilk diqqət edilməsi olan ev gigiyenasıdır. Uşaqların bir tərəfdən evi dağıtması, onların ardınca isə anaların yığışdırması olduqca yorucu bir prosesdir. Bu cür vəziyyət anaların övladları ilə vaxt keçirməsinə, özlərinə zaman ayırmasına mane olur.

İşinizi rahatlaşdırmaq və vaxtınızı düzgün bölüşdürmək üçün ev təmizliyi ilə bağlı məsləhətlər hazırladıq.

  • Taxta üzərindəki ləkələr.

Qadınların taxta stolların üzərindəki cızıqlardan, su ləkələrindən heç xoşları gəlmir. “Stəkanı oraya qoyma,  indicə silmişəm. “ sözlərini hamımız çox tez-tez işlədirik. Taxta əşyalar üzərindəki cızıqları aradan qaldırmaq üçün ½ stəkan zeytun yağı ilə ½ stəkan sirkəni qarışdırın. Sonra mətbəxdə istifadə etdiyiniz parça və ya dəsmalı hazırladığınız məhlula batırın, həmin əşyanı ovaraq silin. Bundan əlavə taxta üzərindəki duru maddə ləkələrini aparmaq üçün saç qurutma fenini oraya doğru tutmaq lazimdır.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.

  • Dağılmış dırnaq lakı ləkəsi.

Balaca qızcığazlar analarının makiyaj ləvazimatlarını qurdalamağa çox həvəsli olurlar. Bu zaman ətrafa tökülmüş lakla qarşılaşmağınız ehtimalı olduqca yüksəkdir. İlk öncə nə qədər tez təmizlənsə, o qədər yaxşıdır. Çünki quruduqca daha da çətinləşir. Bu cür ləkələri aradan qaldırmağın əsas yolu asetondur. Asetonu ləkənin üzərinə tökün və bir az gözlədikdən sonra salfetka ilə silin. Xalçadakı qurumuş dırnaq boyasını təmizləmək üçün ləkəyə saç lakı sıxın və ardınca sabunlu ilıq su ilə silin.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.

  • Qələm ləkələri.

Körpə uşaqlı evlərin ən çox əziyyət çəkdiyi problemlərdən biri də qələm ləkəsidir. Uşaqlar öz sənət əsərlərini divarlara, divanın üstunə, dolablara çəkməkdən çəkinmir. Onu aradan qaldırmaq üçün saç lakını həmin bölgəyə püsgürdün və silin.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.

  • Kirəclənməyə son.

Kirəc tutmuş kettle və ya çaydanlar üçün limon duzu istifadə edin. Kirəcli bolgəyə limon duzu sonra isə  üstünə qaynar su tökün. Bundan başqa digər çox effekli vasitə kartof qabığıdır. Kartof yeməyi hazırlayacağınız gün soyduğunuz qabıqları yuyun, çaydanın içinə tökün və üzərinə isti su, həmçinin limon duzu əlavə edib qaynamağa qoyun. 30 dəq sonra götürün bir az sürtün və yuyun.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.

 

  • Soda ilə parlaqlaşdırın.

Hamam aksessuarlarınızı,duş başlığını,krantlarınızı, ümumiyyətlə metal əşyalarınızı soda ilə parıldada bilərsiniz.Onları soda ilə sürtün, durulayın və qurulayın.Aksessuarlarınızın pa-par yandığını görəcəksiniz.Çaydanların səthini də soda ilə təmizləyə bilərsiniz.Soda təbii olduğundan ona kimyəvi məhsullardan daha çox üstünlük verməlisiniz.Bu sizin sağlamlığınız üçündür.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.

  • Ütünün təmizlənməsi.

Kirəc və yanıqların olduğu yerlərdən biri də ütünün alt hissəsidir. İri xörək duzunu kağıza tökün. Ütünüzü maksimal dərəcəyə qoyun və duzu “ ütüləyin “.

Evimizi hər zaman təmiz, səliqəli saxlamaq istəsək də, bu həmişə mümkün olmur. Təmizlik önəmli olsa da, ona bütün gününüzü ayırmaq real deyil.