Cild (dəri) üçün təravətləndirici qidalar.

Cild (dəri) üçün təravətləndirici qidalar.

Cildimizi təravətləndirən qidalar.

Yayın ən gözəl elementləri günəş və dənizdir. Günəşdən qorunmaq üçün hər nə qədər qoruyucu kremlərdən istifadə etsək də, dərimiz parlaqlığını itirir, zərər görür. Cildimizi təkrar təravətləndirmək üçün hazırladığımız maskalardan əlavə nə yediyimiz də önəmlidir. Parlaq bir dəri üçün bu ərzaqları yeməyiniz tövsiyə olunur.

  • Qırmızı kələm.

Qırmızı kələmin tərkibindəki anti-oksidantlar qırışıqlıqları aradan qaldırır və dərini təzələyir. Eyni zamanda toksinləri də təmizləməyə kömək edən qırmızı kələmin tərkibi C vitamini ilə zəngindir.

  • Pomidor suyu.

Gününüzü təzə sıxılmış pomidor suyu ilə başlayın. Tərkibindəki likopen UVA və UVB günəşin zərərli təsirinin azaldılmasına imkan verir. Üstəlik o, dərinizin rəng tonunu da tarazlayır.

  • Yumurta.

Tərkibindəki protein hüceyrələri qüvvətləndirir və cilddə ləkələrin yaranmasının qarşısını alır. Lakin allergiyası olan şəxslərin yumurta yeməməsi məsləhət görülür.

  • Çuğundur.

Dərini təravətləndirmək və cavanlaşdırmaq məsələsində çuğundur əla vasitədir. Hətta selulitlərlə mübarizəyə də müsbət təsir göstərdiyi söylənilir.

  • Kök.

Kök həm göz sağlamlığı, həm də dəri sağlamlığı üçün önəmli qidadır. Tərkibindəki A vitamini və oksidantlar nəticəsində cildin daha təmiz və canlı görünüş əldə etməsinə səbəb olur. Stabil olaraq yedikdə daha parlaq cildə sahib olduğunuzu görəcəksiniz.

  • Qara susam (küncüt).

Aminoasit və proteinlə bol olan qara susam cild baxımında çox istifadə olunur. Salatlarınızın, xəmir bişmələrinizin üzərinə səpəcəyiniz susam həm yeməyinizi dadlandıracaq, həm də dərinizi gözəlləşdirəcək.

  • Limon.

Yağları parçalamaq xüsusiyyətinə malik olan limon büllur kimi bir cildin təminatçısıdır. Tərkibindəki turşu miqdarına görə bakteriya və akne yaranmasının qarşısını alır, həmçinin gözlər üçün xeyirlidir. C vitamini ilə zəngin olan limonu süfrənizdən əksik etməyin.

  • Balqabaq tumu.

E vitamini və Omega 3 baxımından zəngin olan balqabaq tumu həm ləzzətli, həm də faydalıdır.Dərinizin gözəlliyi üçün bu dadlı vasitədən istifadə edin.