Bürclərə görə kişiləri cəzb etmə yolları.

kişi bürclər

Əziz xanımlar hər bir Bürcə aid kişini özünəməxsus şəkildə cəzb etmə yolları vardır ki, bu yollar haqda indi Sizə biraz informasiya vermək istəyirik. Beləliklə diqqətlə oxuyun:

  • Qoç bürcü.

Özünüzü nəşəli və pozitiv enerji verən biri kimi göstərin. Sizinlə maraqlanmasına, sizi əldə etməsinə şərait yaradın .Onunla bir az səmimi olduqdan sonra geri çəkilin və sizi ələ keçirərkən zövq almasına imkan verin. Çox şişirtmədən Qoç kişisinə komplimentlər edin.

  • Buğa bürcü.

Buğa bürcü kişisi hər şeyin xarici görünüşünə çox diqqətlə yanaşır, gözəlliyi sevir. Onunla görüşərkən gözəl paltarlar geyinin. Amma sadə olun və həddindən artıq makiyaj etməyin. Hətta ona yemək hazırlasanız, yeməyin təqdimatının şık olmasına fikir verin.

  • Əkizlər bürcü.

Əkizlər bürcü kişisini təsirləndirmək istəyirsinizsə, onu diqqətlə və səbrlə dinləyin. Onunla mehriban davranışınız sizi ona maqnit kimi çəkəcək. Üstəlik buğa bürcü kişiləri zarafatcıl və sosial qadınları sevirlər.

  • Xərçəng bürcü.

Xərçəng bürcü kişisini danışmaq, söhbət etmək üçün məcbur etməyin. Gözləyin özü istədiyi zaman söhbətə başlasın. Emosional tərəflərinizi ona göstərin, heyvanları, təbiəti nə qədər çox sevdiyinizi onunla bölüşün.

  • Şir bürcü.

Şir bürcü kişiləri hakimiyyəti öz əlində saxlamağı sevir, qərar vermək vəzifəsini ona verin. Məsələn yemək yeməyə getmək üçün sizə iki seçim təklif etsə, qərarı onun verməsinə imkan verin. Bu onu xöşbəxt edəcək. Təbii ki, onun sevinməsi sizi də sevindirəcəkdir.

  • Qız bürcü.

Məntiqli davranın. Onu bezdirməyəcək dərəcədə sadə məsələlərlə bağlı qız bürcü kişisindən kömək istəyin. Ancaq diqqətli olun ki, həmin məsələ haqqında məlumatlı olsun. Məsələn telefonunuzun sistemini  yeniləmək (update) istəyirsinizsə və bundan başı çıxırsa, ondan xahiş edin. Hər zaman təmiz geyinin, evinizin səliqəli olmasına fikir verin.

  • Tərəzi bürcü.

Bu bürcün kişiləri müsbət enerjli və mehriban qadınları sevir. Stresli və gərgin qadınlar onlara pis təsir bağışlayır.

  • Əqrəb bürcü.

Əqrəb kişisi sirli qadınları anlamağı sevir. Onun üçün mənası konkret olmayan cümlələr cəzbedicidir. Əgər bir qadının hər şeyini tanıyırsa, onun üçün yenilik qalmayıbsa, həmin qadının arxasınca getməyəcək. Üstəlik bu bürc seksə ən çox bağlı olan bürcdür. Onun üçün qapalı, sirli, cazibədar paltarlar geyinin.

  • Oxatan bürcü.

Azadlığına bağlı olan bu bürcün kişisini cəzb etmək istəyirsinizsə, fəal və aktiv olun. O idmanla məşğul olmağı, açıq havada gəzməyi sevir. Din,fəlsəfə və siyasi məsələlər haqqında danışmağı xoşlayır.

  • Oğlaq bürcü.

Çalışqan və işinə düşgün olan Oğlaq bürcü kişisini özünüzə cəzb etmək istəsəniz, ona karyeranızdan danışın. İndiyə qədər əldə etdiyiniz müvəvvəqiyyətlərinizdən, pul toplayıb aldıqlarınızdan söz açın. Zəkanızı üzə çıxaracaq zarafatlar edin, incə və mədəni davranın.

  • Dolça bürcü.

Özünə güvənən qadınlardan xoşu gələn dolça bürcü kişisini özünüzə cəzb etmək üçün öz düşüncələrinizi müdafiə edin və tez-tez qərarlarınızı dəyişdirməyin. Diqqətlə ona qulaq asın, söylədikləri ilə maraqlandığınızı göstərmək üçün suallar verin. Əgər onun üçün xüsusi olan günləri bilirsinizsə, mütləq həmin günləri qeyd edin.

  • Balıq bürcü.

Balıq kişisini təsirləndirmək üçün onda sevdiyiniz fizioloji xüsusiyyətlərini vurğulaya bilərsiniz.