Ana və yeniyetmə qız arasında düzgün münasibətin qurulması qaydaları.

Yeniyetmə

Yeniyetmə qız analarına düzgün münasibət üçün məsləhətlər.

Yeniyetməlik dövrünü yaşayan qızların hormonlarındakı dəyişikliklər nəticəsində əsəb krizləri keçirməsi, həssaslıqlarının artması normal haldır. “Heç biriniz məni başa düşmürsünüz! “ ifadəsi yaş mərhələsinin yeniyetməlik dövrünün devizinə çevrilir. Ailələr çox zaman davranışları dəyişmiş yeniyetmə qızlarla necə davranacaqlarını bilmirlər. Balaca qızlarının bu cür dəyişməsi onlar üçün qeyri-adi hal kimi görünür. 12 yaşda olan bir qız eqoist, həmişə narazı üz ifadəli, dikbaş ola bilər. Sadəcə dostlarına vaxt ayırıb ailəsinə yuxarıdan aşağı baxa bilər. Onun vəziyyətini anlayıb düzgün valideynlik etsəniz,bu yaş dövrü sizin münasibətlərinizi möhkəmləndirmək üçün əla şərait olacaqdır.

Yeniyetmə qızınızla düzgün davranmanız üçün sizə ipucuları hazırladıq.

  • Tərbiyələndirməni yox əlaqə yaratmağı əsas vəzifə kimi qəbul edin.

Qızınızla yaxınlaşmaq üçün bu dövrdə bir az mübarizə aparmalısınız. Onun sizi özündən uzaqlaşdırmasına imkan verməyin. Sizə hələ də ehtiyacı var, lakin bunu anlaya bilmir. Onunla əlaqə yaratmaq üçün hər fürsəti dəyərləndirin. Ona hər səhər “sabahın xeyir “ deyərkən, həm də gün içərisində,məktəbə yola salarkən qucaqlayın. Gecə yatmazdan qabaq sakitcə yanında uzanın. Bu onun sizinlə söhbət etməsinə, ürəyindəkiləri sizə açmağa şərait yaradacaq.

  • Daha çox azadlıq istəməsi normal haldır.

Əgər hər seçimini kontrol etməyə çalışsanız, onu daha da üsyankar edəcəksiniz. Lazımi müstəqilliyin verilməsi sizin əlinizdədir. Onun sərhədlərini siz özünüz təyin etməlisiniz. Əlbəttə onun da səhvləri olacaq, lakin insan bu şəkildə həyatı öyrənir.

  • Bir-birinizə zaman ayırın.

Həftədə stabil olaraq ən az bir gün birlikdə vaxt keçirdin. Birlikdə saç ustasına gedin, ya da sadəcə olaraq parkda gəzişin. Onu əyləndirin və sevindirin, dinləyin.Lakin tövsiyə verməyə çalışmayın. Çünkü bu yaşda olanlar onların qərarlarına güvənmədiyinizi düşünə bilərlər.

  • Gənclik təlaşlarını hiss etməlisiniz.

Araşdırmalar göstərir ki, oğlan uşaqları yeniyetməlikdən gəncliyə keçidi səbrsizliklə gözləyir. Qız uşaqları isə gənc olmaqdan, menstruasiyadan və oğlanlara qarşı müdafiəsiz qalmaqdan çəkinir. Özlərini cazibədar olmaq məcburiyyətində hiss edirlər. Hətta bu səbəblə qısa və dar donlar geyinib daha cool görünməyə çalışırlar. Bəlkə qızınız cazibədar görünmək istəyə bilər, ancaq daxilən bunun  bu yolla düzgün olmadığını hiss edir. Ona yol göstərin.

  • Hər gecə 9 saat yatdıqlarından əmin olun.

Yeniyetmələrin çoxu gecələr yuxuya getməkdə çətinlik çəkirlər. Onlar uzun zaman yuxusuz qaldıqlarında stres hormonları işə düşür. Bu isə onun sonrakı gün də əsəbi olmasına səbəb olur. Üstəlik depresiyaya, narahatçılığa, çəki artımına da şərait yaradır.

  • Kompyuterdən istifadəsini hüdudlandırın.

Yeniyetməliyə keçən qızlar evcik-evcik oynamağa olan maraqlarını itirirlər, çoxları internetdə daha çox vaxt keçirməyə başlayır. Bu isə onların “elektron narkomaniya”ya qurşanmasına səbəb olur və virtual həyatdan asılı qalırlar. Gələcəkdə isə bu vərdişdən qurtulmaq heç də asan məsələ olmur. Üstəlik də internet firmaları övladınızın beyninin 18+ informasiyalarla doldurulması üçün əlindən gələni edir.

  • Xobbilərini inkişaf etdirin.

Övladınızın nədən xoşu gəldiyini, hansı işlə həvəslə məşğul olduğunu öyrənin və inkişaf etdirməsinə köməklik edin. Bu onun boş vaxtını lazımsız işlərə ayırmasının qarşısını alacaq.

  • Sevgi münasibətləri və cinsi əlaqələr haqqında danışın.

Qızınızı sevgi və cinsi münasibətlər barəsində məlumatlandırın. Onunla bu haqda danışın. Ailəsi ilə düzgün münasibəti olmayan uşaqlar sevgini yalnış yerlərdə axtara bilərlər. Qızınızın ona uyğun olmayan biri ilə münasibətdə olmasını istəməzsiniz. Buna görə də onunla açıq danışmaq və ola biləcəklər haqqında məlumatlandırmaq gərəkdir.

  • Dəyişməyi bacarın.

Ona uşaqlıqdakı kimi davranmayın. Bu onu əsbiləşdirəcəkdir. Onunla gənc kimi davranın.