Hamilə qadın və moda.

Hamilə qadın və moda.

Hamilə qadın və geyim seçimi.

Hamilə qadınların ən çox şikayətləndiyi məsələlərdən biri də geyim seçə bilməməkdir. Hormonların dəyişdiyi, bədən temperaturunun artdığı, bədənin çəkisinin çoxaldığı bu dövr təbii ki, qadınların geyimlərindən və rahatlıqlarından təsirsiz keçmir. Hamiləlik geyimlərinin alınmasına hamiləliyin üçüncü ayının sonlarına doğru ehtiyac yaranır. Körpə gözləmək nə qədər həyəcanverici proses olsa da, eyni zamanda bir o qədər keşməkeşli zaman kəsiyidir. Bu dövrdə sizi modadan və rahatlığınızdan ayırmayan geyim məsləhətləri hazırladıq.

  • Sevimli baletkalar və ya babet ayaqqabılar.

Babetlər həm geyiminizlə bütünləşəcək, həm də rahatlığınızı qoruyacaq. Onurğa sütununuz və sağlamlığınız üçün bu dövrdə hündür dabanlı ayaqqabılar geyinməyiniz tövsiyə olunmur.

Hamilə qadın və moda.

  • Şifon donlar.

Ətək hissəsi dilimli kəsilmiş, qat-qat olan, aşağıya doğru genişlənən və incə parçalardan tikilmiş bu donlar yaz aylarında körpə gözləyən xanımlarımızın gözəlliyinə gözəllik qatacaq və sərin saxlayacaq.

Hamilə qadın və moda.

  • Hamilə lasinləri.

Hamilələr üçün cins və ya parça şalvar geyinmək çətin və narahatdır. Bu səbəbdən beli elastik hamilə lasinləri və kaprilərini bol tuniklərlə geyinməklə modayla ayaqlaşa bilərsiniz.

Hamilə qadın və moda.

  • The Little Black Dress.

“ Balaca qara don “ Coco Chanelin dövründən moda səhnəsində öz yerini qoruyub saxlamaqdadır. Toy, nişan, ailə yeməyi və ya həyat yoldaşınızla görüş kimi xüsusi situasiyalara mini və ya midi qara donları seçim edə bilərsiniz. Bu cür yerlərə gedərkən istifadə edəcəyiniz gözəllik və makyaj məhsulları da özünüz və övladınız üçün təbii tərkibli olmalıdır.

Hamilə qadın və moda.

  • Alt paltarlarına diqqət edin.

Hamiləlik dövründə pambıq alt paltarları sizin ən lazımlı seçimlərinizdən olmalıdır. Bu mərhələdə infeksiya ehtimalı olduqca yüksəkdir. Məhz buna görə hava keçirən, nəfəs alan alt paltarı geyinməyiniz sağlamlığınız baxımından mütləq gərəklidir. Hamiləlik zamanı təbii tərkibli parçalardan ( pambıq, kətan ) yararlanın. Xüsusilə neylon, akril, viskon kimi sünii materiallardan uzaq durun.

Hamilə qadın və moda.

  • Qarderobunuza daxil olacaq geyimlərin maksimum dərəcədə bir – biri ilə kombinlənə bilməsinə diqqət yetirin.

İngiliscə “ mix and match “ deyə adlandırılan və geyimlərin bir-biri ilə uyğunlaşdırıla bilməsi ehtimalına fikir verin. Çünki hamiləlik geyimləri sadəcə 6 ay müddətində istifadə olunur. Bu zaman çərçivəsində ən az paltarla ən çox kombin hazırlamaq daha ekonomik olacaqdır.

  • Rəngli geyimlərə üstünlük verin.

Rəngli və zərif kəsimli geyimlər ananı həm şık göstərəcək, həm də nəşəli edəcəkdir. Çünki hamiləliklə bağlı hormonlardakı dəyişkənliklər qadının küsəyənliyini və həssaslığını artırır. Rəngarəng paltarlar ananın psixoloji halını pozitiv istiqamətə yönəldəcəkdir.

Hamilə qadın və moda.

  • Qırışmayan parçalardan istifadə edin.

Təmizləməsi asan olan və qırışmayan parçalardan tikilmiş geyimlər sizin seçimləriniz arasında olmalıdır. Bu tip paltarlar hamilələrin kənardan daha səliqəli və baxımlı görünməsinə imkan verəcək, digər tərəfdən onlar ütüləmə işinizi yüngülləşdirəcəkdir.

  • Oversize üst geyimləri alın.

Adından da göründüyü kimi böyük bədən üst geyimlərini almaqla pulunuza da qənaət etmiş olarsınız. Bu cür geyimlər həm hamiləlik dövründə, həm də doğumdan sonra çox rahatlıqla istifadə edə biləcəyiniz parçalardır. Onu da qeyd etmək lazımdır ki, oversize və ya boyfriend paltolar bu ilin də trendləri arasındadır.

Hamilə qadın və moda.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*