Moda: Qısa boylu qadinlara uyğun geyim tərzi.

Qısa boylu qadinlar necə geyinməlidir?

Moda ədəbiyyatında “petite size” olaraq adlandırılan 1.60 sm və daha qısa qadınlar üçün hazırlanmış standart geyim ölçüləri mövcuddur. Bəs bu standartlar hansılardır və bu cür qadınlar nece geyim seçməlidir? Gəlin birlikdə kəşfiyyata cıxaq.

Bədən ölçüsünə uyğun geyinməli.

Tam bədən ölçünüzə uyğun geyinməniz çox önəmlidir. Nə çox bol, nə də çox dar. Əgər markalar sizə uyğun deyilsə, onların “qulu” olmaq məcburiyyətində deyilsiniz. İstədiyiniz parçanı alın və özünüzü təcrübəli dərzilərə əmanət edin.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

1/3-2/3 qanununa riayət edin.

Petit qadınlar mütləq bu qaydaya uyğun geyinməlidir. Bədəninizi üç yerə böldüyünüzü düşünün. 1/3-lik hissə üst bədən olmalı, 2/3-lik hissə isə alt bədən olmalıdır. Yəni daha uzun ayaqlar.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Uşaq bölməsindən alış-veriş edin.

Markalar Sizə uyğun deyil deyə, shopping zövqündən məhrum olacaqsınız deyə bir qayda yoxdur. Markaların uşaq və yeniyetmə bölmələrinə doğru addımlarınızı sürətləndirin. Daha rəngli və kimsədə olmayan modellərlə qarşılaşacaqsınız.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Ya qısa,ya da maxi geyin.

Midi-orta uzunluqlardan uzaq durmalısınız. Diz qapağı ilə bilək boyu arasında bitən midi ətək və donlar sizə uyğun deyil.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Yüksək belli geyimlər seçin.

Qarderobunuzda ən azı bir yüksək belli şalvar olmalıdır. Həm hündür belli şalvarlar, həm də ətəklər ayaqlarinizi daha uzun gostərəcək, üstəlik son dəbə uyğun effekt yaradacaq.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

V yaxalı paltarlar geyinin / Köynəyin üst iki düyməsini aç.

V yaxalı bluzlar da Sizin ən önəmli aksessuarınız olmalıdır. Onlar Sizin daha hündür olduğunuz təəssüratını verməklə yanaşı,boynunuzu daha uzun göstərəcək.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Uzununa zolaqlı dizaynları seçin.

Bu cür paltarlar Sizə hündür və olduqunuzdan arıq görünmək imkanı verəcək. Eninə zolaqlı geyimlərdən uzaq qaçın, xüsusilə də dolu xanımlar.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Monoxromatik geyinin.

Tək rəng geyinmə qaydasından yan keçməyin. Fərqli rənglər geyinib bədəninizi ikiyə bölmək əvəzinə, tək rənglə daha qamətli görünün.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Kəmər ilə geyiminizin eyni rəng olmasına diqqət yetirin.

Yenə bədəni ikiyə bölməmək xətrinə kəməri paltarla həmrəng, ya da eyni rəngin cox da seçilməyən fərqli tonunda seçməlisiniz.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

Kiçik aksessuarlar Sizin seçimləriniz sırasında olsun.

Böyük həcmli aksessuarlar Sizdə çox gözə batacaq, diqqət gözəlliyinizdən çox onlara yönələcək. Əsasən də balaca çantalardan istifadə etməyiniz məsləhət görülür.

Qısa boylu qadinlara uyğun geyim tərzi.

 

ÖZGÜVƏNİNİZİ İTİRMƏYİN. 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*