2017-ci il Moda trendi: Ağ köynəklər

Ağ, moda, köynək, trend

Ağ rəng sadəliyin və zərifliyin simvoludur və daim moda dünyasında diqqət mərkəzindədir.

Ağ köynək ciddiyətin göstəricisidir. Hər mövsüm üçün uyğun, hec bir zaman dəbdən düşməyən ağ köynəkləri demək olar ki,hər tərzdə kombinləyə bilərsiniz. İstər yaz, istər qış aylarında olsun, istər ciddi, istərsə də sport üslubda stil yaratmaq üçün ağ köynəklər vaz keçilməzdir. Ona demək olar ki, hər qadının dolabında rast gəlmək mümkündür. Hətta birdən cox model və tərzdə dolablarda yer ayrılmış bəyaz köynəkləri müxtəlif situasiyalar üçün dəyərləndirmək mümkündür və əziyyətsizdir. Bəyaz köynəklər ofis kombinləri üçün klassik və ən önəmli atributdur. İşgüzar stildə həm qara şalvarlarla, həm də ətəklərlə risksiz şık ola bilərsiniz. Lakin stilinizi eleqant kəmərlər və fərqli aksessuarlarla gücləndirməyi unutmayın. Həm casual (gündəlik), həm də ofis stilində önə çıxan qələm ətəklərlə olduqca dəbli kombinlər yarada bilərsiniz. Geyinəcəyiniz stilettolar və gözalıcı boyunbağllar, broşlar geyiminizi tamamlayacaq.

Bəs ağ köynəklər son dəbə uyğun necə kombinlənə bilər?

  1. Bəyaz köynəyinizi donların altından geyinə bilərsiniz. Qısa qollu ya da kimono donlar ilə geyinilən ağ köynəklə moda ikonu kimi parlayacaqsınız. Bu kombin biləkdə bitən botlarla tamamlana bilər.                                                  ağ, moda
  2. Bəyaz köynəyin boynuna rəngarəng, parlaq broşlar, sancaqlar taxın. Bu il xüsusilə iri həcmli və hərbi stildə, medal formasında broşlar dəbdədir.                                                                                                                                          ağ köynək, moda
  3. Hər zaman geyindiyiniz köynəyin yaxasına lent və ya qısa şarflar bağlamaqla ona yeni həyat verə bilərsiniz. 2017-ci il dəbində məxmər, villur lentlər öz gözalıcılığı ilə seçilir.                                                                                       ağ köynək, moda
  4. Yeni ağ köynək almaq haqqında düşünürsünüzsə, seçiminiz boyfriend adlandırılan, bir neçə razmer böyük bir köynək stili olmalıdır. Bu kəsimdə olan köynəyi don kimi, həmçinin üst geyimi kimi marginal formada istifadə etmək olar. Xüsusilə boğazlı sviterlərin üstündən pencək kimi geyinərək cool bir görüntü əldə edə bilərsiniz. Köynəyi bu formada və ya don kimi istifadə edərkən qadınlıq zərifliyini itirməmək üçün incə bir kəmər taxmağınız tövsiyə olunur.                                                                                                                                                            ağ köynək, moda
  5. Bəyaz köynək geyinərkən sezonun trendi olan culottes-ləri (ətək-şalvar) yaddan cıxartmayın.                                    ağ köynək, moda
  6. Sadə, təkrəng cinslərlə geyiminiz həm sadə, həm də şık görünəcəkdir. Onu fərqli sandallarla rəngləndirməyi unutmayın.                                                                                                                                                                                       ağ köynək, moda