Ərə getmə strategiyası -100% effekt!!

Ərə getmə strategiyası -100% effekt!!

Hər bir sonu evliliklə (ərə getmə) bitmiş münasibətlərin bir tarixçəsi vardır və sirr deyil ki, hər bir xanım bu münasibətlərin daha romantik eyni zamanda özünəməxsus və unudulmaz olmasını istəyir. Əziz xanımlar əgər Sizdə sevdiyiniz insanla ailə həyatı qurmaq istəyirsizsə o zaman sadəcə bir sirrə yiyələnməniz lazımdı, hansı ki sevdiyiniz kişini mümkün qədər Sizinlə evlənməyəsürükləyəcək sanki bu onun həyatının ən böyük arzusudu.

Bu sirr sevdiyiniz kişinin sevgili və həyat yoldaşı statusları arasındaki fərqdədi və bu çox böyük bir fərqdi. Unutmayın hələki o Sizinlə izdivaca girməyib, o Sizinlə nə özü istədiyi qədər nə də Siz istədiyiniz qədər zaman keçirə bilməyəcək sanki ikinizdə lizinqdəsiz)). Odur ki, əziz xanımlar özünüzü toplayın və aşağıda yazılanları sözün əsl mənasında qulağınızdan sırğa edin!!!

Bu müddəalar Sizin TOY GÜNÜNƏ QƏDƏR mütləq şəkildə əməl etməli olduğunuz ərə getmə strategiyasının əsasını təşkil edir:

  • Həftədə 2 görüşdən artiq olmamalıdır!
  • Hər görüş 2 saatdan çox olmamalıdı və görüşü Siz bitirməlisiniz!
  • Telefon danışıqları 10 dəqiqədən uzun sürməməlidir və həmişə söhbəti Siz sonlandırmalısınız!
  • Yazışma gün ərzində 1 dəfə yolveriləndir (30 dəqiqədən çox olmayaraq)!
  • Saat 20:00 dan sonra qəti surətdə zəngə cavab verməyin (fors major istisna olmaqla)!
  • Əgər çərşənbə gününə qədər Sizi həftə sonuna görüşə çağırmayıbsa qalan günlərdə həftəsonu Siz məğgulsuz və qəti görüşə bilməzsiz!
  • Onun zənglərini arada cavabsız qoyun sms-lərə isə minimum 20-30 dəqiqədən sonra cavab yazın!
  • Görüş günlərini sürüşdürün çalışın həmişə 1-2 gün sonraya saxlayın, o istədiyi gün işiniz olduğunu söyləyin (işiniz olmasa belə)!
  • İntim münasibətə əsla yol verməyin (maksimum üzdən öpüş) çünki bu Sizin şansınızı minimum 90% azaldacaqdır !6 ay belə davam edən münasibətlərdən sonra sevdiyiniz kişi Sizi həmişəlik əldə etməyi o qədər çox istəyəcək ki, zəng etmək, görüşə nail olmaq üçün çalışmamaq, tənha keçirəcəyi istirahət günlərini düşünməmək üçün özü Sizi evlilik masasına zorla dartıb aparacaq çünki bu Sizi istədiyi an görmək və Sizin bütün zamanınıza hakim olmaq üçün yeganə yol olacaq!