Əllərə təbii qulluq yolları.

Əllərə təbii qulluq yolları.

Əllərinizi sevindirin.

Əllərə xarici təsirlər olduqca qurumağa, həssaslaşmağa və kobudlaşmağa başlayır. Baxımlı əllərə sahib olmaq bir qadın üçün olduqca vacibdir. Çünki əllər qadının gözəlliyini tamamlayan bir elementdir və bədəndə ən çox diqqət çəkən yerlərdəndir.

Qurumuş əllər insanlarda yaşlı təəssüratı yaradır və sizi olduğunuzdan daha yaşlı göstərir. Əllərdə yaranan bir problem də ləkələnmədir. Ləkələnmə yaşlanma ilə əlaqəli olduğu kimi, günəş şüaları və bir sıra xəstəliklər nəticəsində də yarana bilər.

Gözəl əllərə sahib olmaq üçün sizə özəl maskalar təqdim edirik.

  • Su.

Əllər ehtiyacı olduğu nəmi əldə edə bilmədikdə çatlayır və elastikliyini itirir. Su dəri üçün olduqca önəmlidir. Gündə ən azı 2 litr su içmək həm əlləriniz, həm də dəriniz üçün olduqca xeyirlidir. Hər gün stabil su içdikdə əllərinizin dərisində quruluğun yavaş-yavaş azaldığını görəcəksiniz.

  • Süd və kartof.

2 ədəd kartofu bişirin və bir qabda çəngəllə əzib püre halına salın. Sonra üzərinə 4 stəkan süd əlavə edin. Hazırladığınız maskanı əllərinizə çəkin və strec torba ilə və ya pinqvinlə əllərinizi bağlayın. Tam soyuduqdan sonra əllərinizi yuyun.

  • Limon.

Limon hamar və ləkəsiz əllərə sahib olmaqda sizə kömək olacaqdır. Limon suyu ilə əl peelinqi etmək çox sadədir. Bunun üçün 1 çay qaşığı sirkə, yarım limon suyu və 1 çay qaşığı duzu qarışdırın. Sonra bu maska ilə  əllərinizi 5-6 dəqiqə masaj edin. Qurtardıqdan sonra əllərinizi ilıq su ilə yuyun və quru dərilər üçün olan nəmləndiricini əllərinizə çəkin. Bu peelingi həftədə bir dəfə təkrarlaya bilərsiniz.

  • Qatıq və limon suyu.

Bir xörək qaşığı qatıq və 2 xörək qaşığı limon suyunu bir kasada qarışdırın. Qəhvə rəngli ləkələrin üzərinə çəkin və maska əlinizdə quruduqdan sonra soyuq su ilə yuyun.

  • Jojoba yağı və düyü unu.

1 qaşıq düyü unu və bir az südü qarışdırıb məcun halına salın. Daha sonra jojoba yağını əllərinizin hər yerinə çəkin. Üzərindən hazırladığınız məcunu sürtün. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuya bilərsiniz.

  • Zeytun yağı və şəkər tozu.

1 yemək qaşığı zeytun yağı və 1 yemək qaşığı şəkər tozunu əllərinizin içində qarışdırın.Sanki duru sabunla əlinizi yuduğunuz kimi əllərinizi ovuşdurun. Əllərinizin hər yerinə yaydıqdan sonra, 1 dəqiqə gözləyin və əlinizi yuyun.

  • Kokos yağı.

Kokos yağı çatlamış əl dərisinin bərpası vəzifəsini yerinə yetirir. Onunla əllərinizi sadəcə masaj edib sonra yuya bilərsiniz. Lakin kokos yağı dərinin günəşə qarşı həssaslığını artırdığı üçün bu maskanı yatmazdan əvvəl etməniz tövsiyə olunur.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*