Münasibət üçün qadın seçmə filtrləri.

Münasibət üçün qadın seçmə filtrləri.

Münasibət üçün qadın seçimi cox genişdir amma bu çür vacib məsələyə ciddi yanaşmaq lazımdır.

Niyə qadın seçimi bu qədər vacibdir? Sadə bir səbəbdən – həyat bir dəfə yaşanır və bu həyatı lazımsız insanlara  sərf etmək və yersiz emosiyalar yaçamağa can atmaq ən azından ağılsızlıqdır. Kişi qadınla tanış olduqda və ünsiyyət qurduqda o heçdə həmişə bunu niyə etdiyini (təbii ki seks istisna olmaqla) anlamır. Nəticədə həmin xanima öyrəşir və qadını qavrama qabiliyyətinin zəifləməsi baş verir. Belə olduğu zaman öz seçimini düzgün etməmək ehtimalı çoxalır çünki hər cür insana (ağılsız birinə belə) vərdiş etmək çox asandır.

Keçmiş münasibətlərindən danışan kişilər adətən söhbətlərinə “ilk zamanlarda o mənim çox xoşuma gəlirdi” sözləri ilə başlayırlar, ama niyə zaman keçdikcə bunun dəyişdiyinin səbəbini xatırlamırlar. Hamısı vaxtından tez qərar vermənin nəticəsidir. Odur ki, diqqətli olun.

Qadın əşya deyil – onu sahiblənib, istifadə edib və sənə heç bir neqativ zərbə vurmadan hardasa zirzəminin dibində qutuya atmaq olmur. Qadınlar həssas hisslər, sevgi və ailə üçün yaradılıb. Əgər Siz qadını yetərincə tanımırsızsa, onun pis və yaxşı tərəflərini tərəziyə qoyub bir nəticə ala bilmirsizsə ən yaxşısi tələsməyin. Qadına qarşı səthi münasibət yolverilməzdir. Belə münasibəti hiss edən qadın (onlar bunu gec ya tez 100% hiss edir) xəyanət etməyə açıq olur və digər kişilərin qoynunda ekspedisiyasını davam etdirəcəkdir.

Bu səbəbdən həmişə bir əsas prinsipə riayət edin: qadın seçərkən ÖZÜNLƏ səmimi ol. Siz başqasına qarşı dürüst olmaya bilərsiz amma özünüzü heç vaxt aldada bilməzsiz. Sizə elə gələ bilər ki, sevirsiz ama əslində bu sadəcə illuziyadır.

Əsl sevgi əsasında yaranan öyrəşmənin müəyyənləşdirilməsi üçün özünüzə 2 sual verin:

  • Onun mənim həyat yoldaşım olmasını istəyirəmmi?
  • Ondan uşaqlarım olmasını istəyirəmmi?

Əgər cavab “Yox” olarsa romantika modunu söndür və axtarışa davam elə çünki qarşıda səni çox güclü sevgi şəlaləsi gözləyir!

Ciddi münasibətlər üçün qadını necə seçməli.

  • Həmin qadına qarşı Sizdə güclü və bitməz seksual cazibə hissi olmalıdır.
  • Görünüş çox önəmlidir, çünki bu seksual istəyin əsasını təşkil edir. Eyni zamanda o qadınla həmişə cəmiyyət içində olmaq istəyinizdə olmalıdır.
  • O Sizin tələblərinizə uyğun xarakterə malik olmalıdır,  davranışları onun haqda “arsız, hayasız, ağılsız, səviyyəsiz, əxlaqsız” deyə fikirlər formalaşdırmamalıdır. Özündən razı olmamalıdır.
  • Sizin fərqli seksual temperamentiniz olmamalıdır. Əks təqdirdə bir birinizə uyğunlaşma cəhdləri çox istirablı məşğuliyyət olacaq.
  • İntellektləriniz nisbətəndə olsa yaxın olmalıdır (yani tərs mütənasib olmamalıdır). Beləki həyat ancaq seksdən ibarət deyil və ünsiyyət çox vacib faktordur.
  • Qadın evdar, işlək, təmizkar olmalı, yemek bişirməyi bacarmalı və bunu etməyi sevməlidir.
  • Uşaqları sevməlidir.
  • Əgər cavansızsa və ilk dəfə ailə quracaqsızsa, övladınızda yoxdursa yaxşı olar ki, qadın üçün də ilk evlilik olsun və təbii ki uşağı olmasın.
  • Natamam ailədən qadın almasaz yaxşı olar, çünki evdə atanın olmaması onun beynində artıq formalaşmış ailə münasibəti modelinin olmaması deməkdir. O Sizin qədrinizi bilməyəcək və Sizin ona necə münasibət göstərməyiniz heçnəyi dəyişmə iqtidaerında olmayacaq. Bu lap şüşəqaldıranı olmayan rus maşınına bu funksiyanı qoymağa bənzəyəcək – hər an xarab olma ehtimalı olacaqdır)).
  • Ailə iearxiyasında əsas rol ataya düşməlidir. Odur ki, onun Sizə münasibəti illər ərzində formalaşmış alqoritmə uyğun olacaq və Siz bunu heç bir yolla dəyişə bilməyəcəksiz.

Sevmədiyiniz insanlara öyrəşməyin sonra çox peşman olacaqsız!! Tanış oldun, unsiyyət qurdun, hiss edirsənki onun üçün darıxmağa başlayırsan, sadəcə yuxarıda qeyd edilən iki sualı özüvə ver və “Yox” cavabını aldınsa başqasını axtar hələ çox variantlar olacaq əmin ol!

 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*