Zorakılığa meyilli uşaqlarla davranma qaydaları.

Zorakılığa meyilli uşaqlarla necə davranmalı

Zorakılığa meyilli uşaqlarla necə davranmalı ?

Sizin üçün şok edici ola bilər, amma aqressivlik uşaq inkişafının bir elementidir. Yaranan dil bacarıqları, azad olmaq istəyi və inkişaf etməmiş özünüidarə sistemi aqressivliyin səbəbləri sırasındadır. Vurmaq və dişləmək yeriməyə yeni başlayan uşaqlar üçün müəyyən həddə qədər normaldır. Lakin bu məsələni gözardı etmək olmaz. Övladınıza duyğularını üzə vurmağın digər yollarını göstərin.

Davranışlarının nəticəsini göstərin.

Övladınız oyun mərkəzindəki top hovuzuna girən zaman başqa uşaqlara top atmağa başlasa, onu çölə çıxarın. Onunla oturun və oynayanları izlədin. Digər uşaqlara zərər vermədən oynayacağını hiss etdiyinizdə oyuna geri qayıtmasına icazə verin.

Sakitliyinizi qoruyun.

Qışqırmaq, vurmaq ya da övladınıza pis olduğunu söyləmək onun davranışlarını düzəltməyəcək. Uşağınızı daha çox əsəbiləşdirəcəksiniz və yamsılaması üçün yeni şeylər göstərəcəksiniz. Əslində sizin əsəblərinizi kontrol etdiyinizi görmək onun da öz əsəblərini idarə edə bilməsi üçün ilk addım olacaqdır. Uşaq aqressivləşdikdə həmin dəqiqə reaksiya verin. “Bəsdir!“ demək üçün qardaş-bacısını üçüncü dəfə vurmasını gözləməyin. Səhv hərəkət etdiyini öyrənməlidir. Bir-iki dəqiqəliyə yanınızdan uzaqlaşdırın. Bu hərəkətinin nə ilə nəticələyini anlamağa imkan verəcək.

Stabil davranın.

Mümkün olduğu dərəcədə həmişə eyni reaksiyanı verməyə çalışın. Bu reaksiya onun beynində özünə yer etməlidir və gələn dəfə bu cür davrandıqda nə ilə üzləşəcəyini bilməlidir.

Alternativləri öyrədin.

Övladınız sakitləşənə qədər gözləyin. Ardınca sakit və mədəni şəkildə nə olduğu haqqında, onu nəyin qəzəbləndirdiyini soruşun. Hirslənməyin normal hal olduğunu, lakin bunu vurma, dişləmək, təpikləməklə əks etdirməsinin yalnış olduğunu söyləyin. Uşağınıza reaksiyasını daha effektiv yollarla bildirməsini göstərin. Məs: danışaqraq həll etmək, böyüklərdən kömək istəməklə. Övladınız birini vurduqdan sonra “üzr istəyirəm “ deməli olduğunnu öyrənməlidir. Onun üzrü ilk əvvəl səmimiyyətsiz ola bilər. Lakin zaman keçdikcə vərdiş edəcək və özü hər şeyi anlayacaq.

Televizora baxmaq saatlarını sərhədləyin.

Uşaqlar üçün hazırlanmış cizgi filmlər və digər proqramlar şiddət tərkibli ola bilər. Övladınız zorakılığa meyillidirsə, onun izlədiyi proqramlara diqqət edin. Birlikdə televizor izləyin və baxdıqlarınızı onunla müzakirə edin.

Kömək istəməkdən qorxmayın.

Bəzən bir uşağın əsəbiliyinin tənzimləməsi valideyn müdaxiləsindən daha artıq müdaxiləyə ehtiyac yaradır. Əgər övladınız bir neçə həftədən çox aqressivdirsə, başqa uşaqları qorxudursa, böyüklərə hücum edirsə və sizin onun davranışlarını düzəltmək üçün etdiyiniz hec bir şey kömək etmirsə, uşaq həkiminə müraciət edin. O sizi lazımi yerlərə yönləndirəcək. Onunla birlikdə uşağınızın aqressivliyinin mənbəyini aşkar edib, aradan qaldıra bilərsiniz.