Yağlı saçlara təbii çarələr.

Yağlı saçlar

Yağlı saçlardan qurtulma yolları:

Saçlarımız gözəliiyimizi bütünləşdirən elementlərdən ən önəmlisidir. Saçların yağlanması əslində önəmli dəri problemidir. Çünki yağlanan saçlar deyil, saç dərisidir.

Saçların normal həddə yağlanması pis bir şey deyil. Əksinə saç tellərində olan yağlar saçı yumuşaldır və günəşin zərərli şüalarına, o cümlədən digər xarici faktorlara qarşı qoruma qalxanı yaradır. Lakin həddən çox yağlanan saçlarla məşğul olmaq çox vaxtımızı aparır. Çünki bu cür saçlar düzəltdiyiniz saç modelinin pozulmasına, saçın tez kirlənməsinə, həcmini itirməsinə səbəb olur.

Saçların həddən artıq yağlanmasının qarşısını almaq üçün ilk öncə yağlı saçlar üçün nəzərdə tutulmuş şampunlardan istifadə olunmalıdır. Həmçinin saçlarınızı mümkün qədər az yumağa səy göstərin. Çünki saçların çox tez-tez yuyulması saç dərisindəki yağ hüceyrələrinin çoxalmasına səbəb olur. Yağlı saçları şampunlamazdan öncə ilıq su ilə yuyun. Sonda saçların yenə ilıq su ilə durulanması vacibdir.

Sizə təqdim edəcəyimiz təbii tərkibli maskalar yağlanmanın qarşısını almağa köməklik göstərəcəkdir.

  • Rozmarin (biberiye) və 1 çay qaşığı kəklikotunu 1,5 stəkan suda qaynadın. Bir az gözləyin və saç diblərinizə yeridin.
  • 1 litr suya iki-üç ləçək dazıotu və onun əzilmiş kökünü, bir az da gicitkən yarpağı əlavə edin, qarışdırın, saçlarınıza sürtün.
  • 4 ədəd yumurtanı qarışdırın. Sonra yüngül masajla saçlarınıza yayın. Yaxşıca durulayın.
  • Alma sirkəsi saçlara çox yaxşı təsir edir. Saçınızı durulayacağınız suya bir az alma sirkəsi əlavə edə bilərsiniz.
  • 1 stəkan suya 1 çay qaşığı duz, 1 çay qaşığı kəklikotu suyu və 1 stəkan da alma sirkəsi əlavə edin, qarışdırın. Hazırladığınız məhlulu saçlarınıza masajla yayın. Sonra saçınızı bir dəsmalla bağlayın, 2-3 saat gözləyin. Sonra durulaya bilərsiniz. Bu maskanı həftədə bir dəfə etməyiniz tövsiyə olunur.
  • Bir qədər lavandanı 3 su stəkanı xlorsuz suda 7-8 dəqiqə qaynadın. Qaynadıqdan sonra onu süzün və saça, saç diblərinizə çəkin, 30 dəqiqə gözləyin və durulayın. Bu maska təmiz saça tətbiq olunur.

Saçlarınızı sıx şəkildə yığmayın, onları düzləşdirmək üçün tez-tez saç ütüsündən istifadə etməyin. Həmçinin qidalanmanıza fikir verin. Vücudunuzun yağlanmasına səbəb ola biləcək çox yağlı yeməklərdən uzaq durun. Saçınızı tez-tez daramamağa diqqət edin.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*