Valideynlərin ən böyük səhvləri

Valideynlərin ən böyük səhvləri

Valideynlərin etdiyi ən böyük 5 yalnış.

Demək olar ki, valideynlərin övladları ilə yaşadıqları ən böyük problemlər qışqırıqlar, ağlama krizləridir. Övladınızın hər zaman sakit dayanmasını istəsəniz də, işlər həmişə istədiyiniz kimi getmir. Bəs səhvin sizin özünüzdə ola biləcəyini heç fikirləşmisiniz? Valideyn kimi etdiyimiz bir çox səhvlər uşaqların mənfi davranışlara yiyələnməsinə səbəb olur. Amerikalı uşaq inkişafı və davranışları mütəxəssisi Emma Jenner valideynlərin etdikləri 5 böyük yalnışı bu cür şərh edir.

  • Uşaqlarınızdan qorxursunuz.

Övladınız həmişə süd içdiyi stəkanda yox, başqa bir stəkanda süd içmək üçün özünü həlak edir. Belə bir vəziyyətdə valideyn bu istəyi vecinə almamaq əvəzinə, cəld şəkildə başqa fincan axtarışına çıxır. Çünki əgər bu istək yerinə yetirilməsə, uşağın yeməyi, ya da içməyi rədd edəcəyindən qorxur. Bu əslində çox böyük bir səhvdir. Əgər istəyini hər vəchlə etdirmərməyə çalışarsa, ağlamağına, hətta onun ağlayışını eşitmək istəmirsinizsə, başqa otağa keçməsinə icazə verin. Amma əsla hər tələbini yerinə yetirməyin. Bu cür davrandıqda uşağa ağlayıb hər istədiyini əldə edə biləciyi mesajını verirsiniz. Bəs siz böyüdükcə də onun hər istədiyinin öhdəsindən gələ biləcəksiniz?

  • Bəhanələr uydurursunuz.

Əgər övladınızın dəcəlliyinə və ya cəmiyyət içərisində özünü apara bilməməsinə “Uşaqlar onsuz da belədir.” deyərək göz yumsanız, onların bu davranışlarını vərdişə çevirməsinə səbəb olacaqsınız. Uşaqlar əslində valideynlərinin düşündüklərindən daha çoxunu bacarırlar. Hörmət, tərbiyəli davranmaq, özlərinin gündəlik işlərini etmək, özünü idarə edə bilmək bu bacarıqların sırasındadır. Övladım onsuz da dəcəldir, demək yerinə ondan daha çox müsbət davranışlar tələb edin.

  • Başqalarının onlara yol göstərməsinə icazə vermirsiniz.

Əvvəllər uşaqlar yalnış hərəkət etdikdə müəllimlər onlara səhvlərini göstərərdi. Müasir dövrdə isə müəllimlər öz şagirdlərinə kiçicik bir xəbərdarlıq etsə belə, valideynlər bunu uda bilmir, təhqir hesab edirlər. Övladının niyə səhv etdiyini fikirləşmək əvəzinə, müəllimdə səhv axtarırlar. Əgər uşağınız başqaları tərəfindən səhv hərəkət etdiyini eşitməzsə, xəbərdarlıq olunmazsa, bunları təkrarlamağa davam edəcəkdir.

  • Övladınız hər şeydən əvvəl gəlir.

Müasir valideynlər uşaqlara həddən artıq qayğı göstərirlər. Təbii ki, valideynlər övladlarının geyinmək, yaşamaq, qidalanmaq üçün əsas ehtiyaclarını ödəməyə cavabdehdirlər. Lakin hal-hazırda bu məsələ lazımindən çox qabardılıb. Belə ki, indiki valideynlərin bütün nəzər nöqtəsi ancaq və ancaq övladına yönəlib. Uşaqlarınızın hər istədiyi şeyi hər zaman verə bilməzsiniz, həmişə onların istəklərinin ardınca qaça bilməzsiniz. Bu sizdə stres yaradacaq, rahatlığınızı, sağlamlığınızı əlinizdən alacaq. Üstəlik də uşaqlarda belə bir düşüncə formalaşacaq ki, sizin pultunuz onların əlindədir. Bu zaman keçdikcə onların hökmranlığına, müəyyən vaxtda isə hətta sizə əl qaldırmaları dərəcəsinə gələcək. İnanın elə bir vaxt gələcək ki, bu cür yanaşma sizdən başqa uşağınızı heç kəsin istəməməsinə, onun tənha qalmasına, ətrafındakıların dağılışmasına səbəb olacaq. Bir az özünüzə zaman ayırın. Övladınıza da “yox “ deməyi bacarın.

  • Uşaqlarınızın başını asan yolla qatırsınız.

Müasir ata-analar uşaqları dəcəllikdən çəkindirmək, bir sözlə səslərini kəsmək üçün çox vaxt qısa yollardan istifadə edirlər. Bu qısa yolların başında təbii ki, smartfonlar, planşetlər, kompyuterlər dayanır. Avtobus gözləyərkən, həkimdə növbədə olarkən, ev təmizləyətkən, yemək bişirərkən uşaqların başını bu cihazlarla qatırlar. Bunun əvəzinə övladlarınıza səbrli olmağı, özləri ilə oynamağı öyrədin. Məsələn yemək hazırlayan zaman sizə kömək etməklərini xahiş edin. Əlbəttə ki, onlar sizin üçün yemək bişirməyəcək. Sizə çömçə gətirə bilər, duzu verə bilər, kirli qabları bir kənara yığa bilərlər. Bu işlər onların səliqəli olmalarına, öz otaqlarını yığışdırmalarına, sizinlə daha çox vaxt keçirmələrinə, ən önəmlisi də elektron vasitələrin zərərli təsirinə məruz qalmamasına imkan verəcək.