Üzdə qara nöqtələr və onlardan xilas olmaq üçün 10 təbii vasitə.

qara nöqtə

Üzdə qara nöqtələr və onlarla mübarizənin 10 təbii yolu:

Daha çox yağlı cildlərrdə görülən qara nöqtələr əslində dəridəki tıxanmış gözcüklərin oksigenlə təması nəticəsində yaranır. Buna görə də demək olar ki, hər tipdə dəridə qara nöqtələrə rast gəlinir. Bəs cildimizə zərər vermədən qara nöqtələrdən necə xilas ola bilərik? Uzun ullərdən bəri istifadə olunan vasitələri sizin üçün araşdırdıq. Evinizdə asanlıqla hazırlaya biləcəyiniz bu maskaları çox sevəcəksiniz.

Tərkibindəki zəngin minerallar səbəbi ilə gil tarixin bütün çağlarında dəri xəstəliklərini müalicə etmək üçün istifadə olunmuşdur. Gil maskası dərinizi məsamələrə toplanmış  kirlərdən təmizləyərək, bu mineralları cildinizə hopdurur. Üstəlik qan dövranı daha da sürətlənmiş dəri daha canlı, təravətli görünür. Üzünüzdəki qurluğu aradan qaldırmaq üçün maskanı yuduqdan sonra nəmləndirici kremlərdən istifadə edə bilərsiniz. Dərinizin həssaslıq dərəcəsinə görə maskanıza sirkə və ya qızılgül suyu əlavə edib, daha effektli nəticə əldə edə bilərsiniz.

Təxmini bir xörək qaşığı gili qaynadılmış və soyumuş su ilə qarışdırıb məcun halına gətirin. Barmaqlarınızla dərinizə bərabər şəkildə yayın və 10-25 dəqiqə saxlayın.Sonda ilıq su ilə durulayın.

Soda sızanaqların aradan qaldırılmasında olduğu qədər, qara nöqtələri də təmizləmək üçün istifadə olunur. Bunun səbəbi sodanın səthinin dımır-dımır ( qranullu ) olması və bununla da təbii “peeling” fəaliyyətini yerinə yetirməsidir. İki yemək qaşığı sodanı mədən ( mineral ) suyu ilə qarışdırın və məcun halına gətirin. Cildinizdəki problemli hissələrə masaj edərək yayın. İlıq su ilə durulamamışdan öncə bir neçə dəqiqə qurumasına gözləyin. Bu maskanı həftədə bir vəya iki dəfə etsəniz, faydasını görəcəksiniz.

  • Limon suyu.

Üzünüzdəki məsamələrin qara nöqtəyə çevrilməməsi üçün onları balacalaşdırmaq işinizə yarayacaqdır.Limon suyunun sıxlaşdırıcı xüsusiyyəti və dərini bəyazlatmaq özəlliyi sizin koməyinizə çatacaqdır.Lakin onu da unutmamaq gərəkdir ki, limon suyu günəşə qarsı həssaslıq yaradır.Ona görə də bu maskanı yay aylarında istifadə etməniz tövsiyə olunmur.Əgər həssas cildiniz varsa, limon suyunu təmiz su ya da gül suyu ilə qarışdırın.

1 limonu qaba sıxın, pambığı onun suyuna batırın.Problemli hissələrə sürtün və 20 dəqiqə sonra durulayın. Gözlərinizdən və yara olan yerlərdən mütləq uzaq tutun.

  • Yaşıl çay.

Sızanaqlara meylli cildlər yaşıl çayı çox sevir. Tərkibindəki anti-oksidantlar sayəsində artıq yağı təmizləyir və cilddəki iltihabı azaldır. Bunun gərəkli olan tək şey səhərlər yaşıl çay dəmləməniz olacaqdır. Onun soyumasını gözləyin və qara nöqtələrin üzərinə çəkin. Ən az 10 dəqiqə qurumasını gözləyin və durulayın. Ardınca nəmləndiricidən istifadə etməyi unutmayın.

  • Şəkər tozu.

Qara nöqtələrdən başı bəlalı olanlar “peelinq” in nə qədər lazımlı olduğunu bilir. Cildimizdəki ölü dərilərdən can qurtarmazsaq, sonradan məsamələrin bağlanmasına və sızanaqlara səbəb olacaqdır. “Peelinq” daha yumşaq və parlaq dərinin də müjdəçisidir. Şəkər tozu ilə evdə hazırlaya biləcəyiniz “peelinq” çox ekonomikdir.

1 stəkan şəkər tozunu 4 qaşıq jojoba yağı ilə qarışdırın. Barmaqlarınızla nəm cildinizə hopdurun. Daha sonra durulayın. Həftədə ən çox 2-3 dəfə bundan istifadə edin, maskanı qaranlıq yerdə saxlayın. Biz jojoba yağına üstünlük verdik. Siz isə zeytun yağı , badam yağı kimi yağlardan faydalana bilərsiniz.

  • Buxar vannası.

Buxar məsamələri açmır, lakin onların tərkibindəki kirləri yumşaldır, təmizlənməsini asanlaşdırır. Suyu qaynadıb bir kasaya boşaldın. Buxarın dərinizə daha yaxşı hopması üçün başınıza böyük bir dəsmal salın və kasaya doğru başınızı əyin. Ona 30 sm-dən çox yaxınlaşmayın, əks halda dəriniz yana bilər. Təxmini 10 dəqiqə sonra dərinizi ilıq su ilə yaxalayın, təmiz dəsmalla silin və nəmləndirici vurun.Həftədə bir dəfə təkrarlamaq yetərlidir.

  • Darçın və zərdəçal.

Darçın və zərdəçal anti-bakterial xüsusiyyətlərinə görə qara nöqtərdən qurtulmaq üçün möcüzəvi bitkilərdəndir. 1 çay qaşığı darçın, zərdəçal və limon suyunu qarışdırıb qatı hala salın.Lazımlı yerlərə sürtün və 5 dəqiqə qurumasını gözləyin. Daha sonra durulayın. Zərdəçal cildinizdə müvəqqəti sarı ləkələr yaradacağı üçün bu maskanı gecə tətbiq etməyiniz məsləhət görülür.

DİQQƏT: Məsləhətlərimizdən istifadə etməzdən öncə dermotoloq/kosmetoloqla məsləhətləşməyi unutmayın.