Yeni doğulan uşağa qarşı evdəki digər uşaqlarda yaranan qısqanclıq hissi ilə effektiv mübarizə yolları.

Uşaqlar arasındakı qısqanclıq və bununla mübarizə aparmağın yolları:

Uşaqlar arasındakı qısqanclıq və bununla mübarizə aparmağın yolları:

Yeni doğulmuş qardaş və ya bacıya qarçı qısqanclıq hissi keçirmək uşaqların inkişafı prosesində qarşılaşacağınız təbii bir amildir. Uşaq bu hisslərinə gorə günahlandırılmamalı, cəzalandırılmamalıdır. Önəmli olan məsələ övladınızı dünyaya gələcək körpəyə hazırlamaq və ona olan qısqanclığı ilə mübarizə aparmasında uşağa dəstək olmaqdır. Bu prosesdə cox səbrli olmaq gərəkdir.

Əgər uşaq 2 yaşdan kiçik və 7 yaşdan böyükdürsə qısqanclıq hissləri qabarıq şəkildə ön plana keçməz. 2 yaş intuitiv olaraq qısqanclıq üçün çox kiçik yaşdır. 7 yaşından etibarən isə uşaqlar məntiqli şəkildə düşünmək və davranmaq normalarını mənimsəyir. Lakin bildiyimiz kimi “istisnalar ümumi qaydanı pozmur”.

2-6 yaş arası dövrdə qısqanclıq halları özünün pik nöqtəsinə çatacaq səviyyədə olur. Bu yaş dövründə uşaqlar daha çox duyğuları ilə hərəkət etdiyindən, “ onun evində peyda olmuş yeni şəxsi “ özünün rəqibi kimi başa düşür və bu da onun davranışlarında təzahür edir.

Bəs bu vəziyyətdə ana və atalar uşaqlarına qarşı necə davranmalıdır ?

  1. Körpə üçün seçilən ad, hazırlanacaq otaq və alınacaq əşyalarla bağlı övladınızın fikrinə müəyyən qədər yer verin, lakin onun “ təhkimlisi ” olmayın.
  2. Körpənin doğumdan sonra bir müddətliyə valideynlərin yataq otasında yatacağını və sonra öz otağına köçürüləcəyini söyləyin. ” Eynilə sənə etdiyimiz kimi “ qeydini etməyi unutmayın.
  3. Ailə böyüklərinə və yaxın dostlarınıza yalnız körpə ilə maraqlanmamalarını, böyük uşağa da vərdiş etdiyi tərzdə qayğı və sevgi göstərmələrini söyləyin. “Qardaşın ( bacın ) doğulan kimi sən yaddan çıxdın. “ kimi cümlələr qurmamaları məsələsini nəzərlərinə çatdırın.
  4. “ Sən böyük bacı/qardaşsan,o balacadır. “ deyərək, ondan bunu anlayışla qarşılamasını, balaca ilə hər şeyini bölüşməsini gözləməyin. Çünki böyük olan da uşaqdır, bu tələblər demokratik deyil. Haqsız istəklər uşaqda ya bacı/qardaşına, ya da valideynlərinə qarşı aqressiya və incikliklə nəticələnər.
  5. “ Sən canı qısqanmasın “ deyərək həddən artıq diqqət, qayğı və hədiyyələrlə uşağı boğmayın. “ Onu sevmirik, səni daha çox sevirik. “ , “ Sən bizim ilk nurumuzsan. “ kimi sözlərlə də “ sünii ” və ərköyünləşdirici fikirləri uşağınızın beyninə hopdurmayın.
  6. Qardaş/bacısına paxıllıq edən, qısqanclıq keçirdən uşaqlar haqqında ona nağıllar oxuyun, hekayələr danışın. O başa düşəcək ki, dünyada təkcə özü bu situasiyada deyil və rahatlayacaq, özünü nağıldakı uşağın yerinə qoyaraq daha nümunəvi davranış göstəcəkdir.
  7. Ana və atalar hər biri ayrılıqda böyük uşağa asudə vaxt ayırmalı, onunla oyunlar qurmalı, gəzintiyə çıxmalıdır.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*