Uşaqlarda qaranlıq qorxusu və onun aradan qaldırılması yolları.

Uşaqlarda qaranlıq qorxusu və onun aradan qaldırılması yolları.

Qaranlıqdan qorxan uşaqlara necə kömək etməli?

Qaranlıq qorxusu uşaqlıq dövründə geniş yayılmış bir problemdir. Uşaqların psixologiyasına birbaşa təsir edən bu fobiya ilə valideynlər diqqətli olmalıdır. Bu cür uşaqlar işığın söndürülməməsini, ana və ataları ilə birlikdə yatmalarını istəyirlər. Qaranlıq qorxusunun yaranmasına televiziya proqramlarının, kompyuter oyunlarının zorakılığı, şiddəti təlqin etməsi stimul verir. Övladınızın qaranlıqdan qorxduğunu necə müəyyənləşdirə bilərsiniz? Ondan qaranlıq bir yerdən nəsə gətirməsini istədiyinizdə oraya getməmək üçün bəhanələr gətirdikdə, yatmaq zamanı gəldikdə öz otağına getmək istəməməsi, gecələr qorxduğu üçün tualetə qalxa bilməməsi və nəticədə yatağını islatması onun fobiyasının nişanələrindən ola bilər.

Bu məsələyə çox həssas yanaşın. Əsla “ Bunda qorxacaq nə var ki ? “, “ Aaaa böyük kişi olmusan hələ də qaranlıqdan qorxursan ? “ kimi sözlər söyləməyin, lağ obyektinə çevirməyin və bu məsələnin başqaları tərəfindən öyrənilməməsinə çalışın.

Əgər övladınız qaranlıqdan qorxursa bu fobiyanı aradan qaldırmağın fərqli yolları mövcuddur.

  • Onun üçün  gecə lampası alın.

Bir lampanın qaranlıqdakı solğun işığı ən azından zülmət qədər qorxunc olmayacaqdır. Hətta lazım olsa, o yuxuya getdikdən sonra lampanı söndürə bilərsiniz. Digər variant isə ona bir əl fənəri hədiyyə etməkdir. Bununla övladınız qorxduğu bir şey olduqda həmin istiqamətə baxmasına təmin edəcək.

  • Otağının qapısını açıq saxlayın.

Uşaqlar valideynlərindən ayrılmış və izolyasiya olunduğunu hiss etdikləri üçün qaranlıqdan qorxarlar. Otaqlarının qapısını açıq saxlamağı sınaqdan keçirin. Ana atalarının danışarkən və ya televizora baxarkən səslərini eşitmək onları sakitləşdirəcək və daha rahat yuxuya getmələrinə səbəb olacaq.

  • Nədən qorxduqlarını öyrənin.

Övladınızın spesifik olaraq qorxduğu nə isə ola bilər. Ona qorxusuna dair suallar verməkdən çəkinməyin. Pəncərəyə dəyən ağac budağı və ya qaranlıqda onun üçün qorxunclaşan bir oyuncaq bu ehtimallar arasındadır. Bunlar rahatlıqla aradan qaldırıla bilər.

  • Bədheybət spreyi “ hazırlayın.

Bu uşağınızın da marağına səbəb olacaq çox əyləncəli fikirdir. Qorxulu bədheybətləri özündən uzaqlaşdırmaq üçün əlində bu cür sehrli gücün olması onu da sevindirəcək. Bir ətir ya da sprey şüşəsinin içinə su, daha maraqlı olması üçün isə zərlər əlavə edir. Uşağınızın qorxusunu oyuna çevirin.

  • Qorxularını “becərməyin”.

Əgər övladınız qaranlıqdan qorxduğu üçün öz otağında yatmırsa, onu öz yataq otağınıza aparmayın. Əks halda o sizin yanınızda özünü təhlükəsizlikdə hiss edəcək və yalnız qalmaq onun üçün daha da çətinləşəcək. Qaranlıq qorxusu daha da böyüyəcək.