Uğurlu karyera qurmaq üçün tərgitməli olduğunuz 10 pis vərdiş.

Uğurlu karyera qurmaq üçün tərgitməli olduğunuz 10 pis vərdiş.

Həyatda istədiyimiz məqama çatmaq üçün mütləq tərgitməli olduğumuz vərdişlər var!

Belə bir fikir var biz – bizim vərdişlərimizik. Həyatımızda bir sıra mənfi vərdişlərə yer verdiyimiz zaman uğura aparan yolumuzu əməlli başlı çətinləşdiririk. Çünki pis vərdiş gizli düşməndir və bizim ən zəif anımızı tapıb o zaman hücum edir.

Bu fikri təsdiqləmək və ya təkzib etmək üçün alimlər bir sınaq keçirib. Onlar abituriyetlərin ali məktəbə daxil olmazdan əvvəl İQ səviyyələrini və özünüidarəetmələrini müəyyənləşdirdilər. Dörd ildən sonra onlar tələbələr orta ballarını yoxladılar. Məlum olur ki, yüksək bal toplamaq yüksək intellektdən çox özünüidarəetmə bacarığından aslıdır.

Vərdişlər zənciri artıq qırılması mümkün olmayana qədər gözəgörünməz qalır. Belə çıxır ki, özünü idarəetmə yaxşı vərdişlərin inkişafı və pis vədişlərdən can qurtarmaq üçün cox vacibdir. Ozünüidarəetmə öz növbəsində iş etiketinin əsasını təşkil edir və yüksək məhsuldarlığın formalaşmasında çox vacib bir rol oynayır. Özünüidarəetməni əzələ kimi təsəvvür edin, onu şişirtmək üçün çoxlu məşq etmək lazımdır.

Özünüidarəetmənin möhkəm bünövrəsinin qoyulması üçün aşağıdakı vərdişləri tərgitməyiniz gərəkdir.

  • Yuxudan qabaq telefon və kompyuterdən istifadə etmək.

Hər birimiz yatmazdan qabaq telefonda və ya kompyuterdə qurdalanmağa vərdiş etmişik. Amma biz sadəcə ekrandakı işiq bizim yuxuya getməyimizə nə qədər mənfi təsir etdiyini başa düşmürük.

  • İnternet şəbəkəsində boş-boş vaxt keçirmək.

Qarşıya qoyulmuş məsələni yarım saata həll etmək mümkündür. Amma biz kompyuterdə elektron poçtumuzu yoxlamaq və ya facebookda olub bitənləri öyrənmək kimi istəklərimizi dəf edə bilmədikdə bu məsələnin həlli çox uzanır. Diqqətinizi işinizə cəmləmək və işinizi başa çatdırmaq üçün Sizə 15-20 dəqiqə bəs edər. Odur ki, sözü gedən 15 dəqiqəni ayırın çünki bu Sizin məhsuldarlıq kofisientinizi əhəmiyyətli dərəcədə yüksəldəcək.

  • Ünsiyyət zamanı tez-tez telefona baxmaq.

İnsanları ünsiyyət zamanı sms və telefona tez-tez baxmalar kimi heçnə fikrini yayındırmır. Əgər Siz iminləsə dialoq qurmusunuzsa və bu dialoqun hər ikinizdə xoş təsürat oyatmasını istəyirsinizsə, sadalananlardan uzaqlaşın. Unutmayın şüuralti deyə bir şey var və o heç vaxt aldadıla bilməz. Odur ki, həmsöhbətinizə qarşı diqqətli olun, bəlkədə bu söhbət Sizin gələcək həyatınıza əhəmiyyətli dərəcədə təsir edəcək. Əgər süni olaraq bunu etməyə çalışsaz həmsöhbətinizin şüuraltısı bunu hiss edəcək və bu Sizə qarşı neqativ enejinin yaranmasına bilavasitə təkan verəcək.

  • Telefonunuzu tez-tez yoxlamayın.

Keçirilmiş sınaqlar sübut edib ki, əgər insan tez-tez telefonda sms, email, zəng, sosial şəbəkə və s. yoxlayırsa bu onun işləmə məhsuldarlığını xeyli azaldır. Buna görə də bunun üçün müəyyən vaxt seçin və ancaq o zaman bütün bu işləri edin geridə qalan zamanı işinizə konsentrasiya olun. İnanın bunun sayəsində Siz gün ərzində daha çox daha keyfiyyətli iş görəcəksiniz.

  • “Yox” demək gərəkdiyində “Hə” demək.

Yox demək nə qədər çətindirsə, bir o qədər Sizin bu vəziyyətdən stres keçirmək və hətda depresiyaya düşmək şansınız çoxdur. “Yox” çox güclü sözdür, amma Siz bu sözü istifadə etməkdən qorxmamalısınız. Bu sözü deməniz gərəkdiyində “düşünmürəm ki, mən bunu bacararam” ya da “mən əmin deyiləm ki…” kimi sözlərdən istifadə etməyin. Çünki Siz yeni bir tapşırığa “Yox” dediyiniz zaman, daha öncəki tapşırığı uğurla yerinə yetirə biləcəksiniz.

  • Neqativə yüklənmək.

Siz və ya başqası haqda pis düşünən insanlar həmişə olacaq. Ona görə də hər zaman Sizi özünüzdən çıxaran insanlar ağlınıza gələndə, sevdiyiniz və həyatınızda olduqlarına görə minnətdar olduğunuz insanları düşünün. Eləcədə digər bu kimi neqativ situasiyalarda fikirlərinizi pozetiv düşüncələrə çevirin. Bu cür yanaşma Sizi və həyatınızı müsbət tərəfə dəyişəcək.

  • Görüşə qarışıq və fərqli fikirlərlə getmək.

Siz nəyəsə diqqətinizin kiçik mislini ayırmamalısız. Xüsusilə də bu görüşdürsə. Əgər bu Sizin üçün vacib deyilsə getməsəz daha yaxşı olar. Əgər Sizin üçün bu görüş vacibdirsə maksimum səy göstərin ki, başqa şeylərə fikriniz dağılmasın. Əks halda görüdəki insan (lar) Sizin özünüzü onlardan artlq saydığınızı düşünə bilər.

  • Qeybət etmək.

Qeybət etməyi sevən insanlar başqalarının həyatlarında baş verən hər hansı uğursuzluqlardan zövq alır. İlk zamanlarda başqasının həyatı, karyerası, qazancı və s. ilə maraqlanmaqda pis heçnə yoxdur kimi düşünülər. Amma zaman keçdikcə bu vərdiş Sizə və ətrafınızdakılara ancaq ziyan verəcəkdir.

  • Uğur qazanmaq üçün uyğun anı gözləmək.

Bir çox yazıçılar öz qəhramanlarını vərəqdən vərəqə keçərək təsvir etməyə davam edirlər baxmayaraq ki, onların heç bir zaman yazılan kitabın bir hissəsi olmayacağını bilirlər. Onlar sadəcə ideyanı inkişaf etdirməli olduqlarını bilirlər. İlk zamanda nəticə olmayacaq ama bir müddətdən sonra hər əmək üz bəhrəsini verir. Məsələ budur ki, biz çoxumuz qarşımızda açıq tapşırıq durduğu zaman dayanmağı asan çıxış yolu olaraq seçirik. Səbəb odur ki, biz nəyisə düz etməyəcəyimizi və uğursuzluğa düçar olacağımızı düşünürük. Amma sınamadan necə olacağını bilmək mümkün deyil odur ki, nə olursa olsun dayanmamaq lazımdır və ancaq bu cür hərəkət edən insanlar uğurlu olur.

  • Özünü başqaları ilə müqayisə etmək.

Əgər Siz özünüzü yalnız başqaları ilə müqayisə edən zaman yaxşı edirsinizsə demek ki, Siz öz xöşbəxtliyinizin sahibi deyilsiz. Haqqınızda kiminsə nəsə döşünəcəyindən narahat olmağı tərgidin. Siz hamının xoşuna gəlmək və hamının necə deyərlər qılığına girmək məcburiyətinizdə deyilsiniz!

Bu sadalanan pis vərdişlərdən can qurtarın və unutmayın xöşbətliyiniz yalnız Sizin əlinizdədir!