Tər qoxusu probleminin aradan qaldırılmasının təbii üsulları.

Tər qoxusu probleminin aradan qaldırılmasının təbii üsulları.

Tər qoxusu problemi və ondan necə can qurtarmaq mümkündür.

Tərləmək sağlamlıqdır amma tər qoxusu insana heç saglam təsürat bağışlamır. Tərləyərək orqanizmimizdəki toksinləri xaric etmiş oluruq. Buna baxmayaraq, ətrafa pis qoxular yaymağı heç kim istəməz. Tər əslində rəngsiz və qoxusuzdur. Lakin bakteriyalar qoltuq altı kimi nəmli və isti yerlərdə sürətlə çoxaldığı üçün bu ifrazatdan pis iy gəlməsinə səbəb olur. Məhz buna görə müxtəlif markalı kosmetik vasitələrdən istifadə edirik. Ancaq bu cür vasitələr tər məsamələrini bağlayır və onun çölə çıxmasının qarşısını alır.

Bəs tərləmənin qarşısını almadan tər qoxusunu necə aradan qaldırmaq olar?

Ovcunuz içərisinə bir neçə damla limon suyu sıxın. Sonra qoltuq altınıza sürtün. Bu üsulla 12 saata qədər qoxudan azad olacaqsınız.

  • Uşaqlar üçün toz ( prisipka ).

Bir kasa isti suya 2 qaşıq duz əlavə edin. Hər sabah bununla qoltuq altına kompres edin. Quruduqda isə üzərinə prisipka səpin.

  • Təbii sirkə.

Sirkəni pambıq köməyi ilə qolatına çəkin. Sizdən sirkə ətri gəlməməsi üçün isə 15-20 dəq gözləyin.Əgər dəriniz həssasdırsa sirkənin tərkibinə bir az su əlavə edə bilərsiniz.

  • Yasəmən yağı.

Təbii yasəmən yağını barmaqlarınızla dərinizə çəkdikdə təxminən 24 saata qədər sizi təravətli saxlayacaqdır.

Sodanın xeyirlərini sadalamaqla bitməz. Sodanı götürün və üzərinə yavaş-yavaş su əlavə edin. Bu prosesi yumşaq tərkibli məcun əldə edənə qədər davam edin. Lazım olan hissəni istifadə etdikdən sonra, qalanını ağzıbağlı bir qabda mühafizə edin.

  • Qarğıdalı nişastası.

Qarğıdalı nişastası həm pis iylərlə, həm də tərləmə ilə mübarizə aparan vasitədir. Nişastanı limon suyu ilə məcun halına gələnə qədər qarışdırın. Duşa girməzdən 5 dəq əvvəl iy gəldiyini düşündüyünüz bölgələrə bu məcunu çəkin. Çimərkən nişastanı təmizləyin və qurulanıın.

  • Qabartma tozu.

Bir yemək qaşığı qabartma tozunu limon suyu ilə qarışdırın. Lazımı yerlərə tətbiq etdikdən 5-6 dəq sonra yuyunun.

Sonda tər qoxusunun sizin baş bəlanıza çevrilməməsi üçün ümumi məsləhətləri sizinlə paylaşaq.

Hər gün yuyunmağı unutmayın. Hər şey təmizlikdən başlanır.

Vücudunuzdakı toksinlərin xaric olunması üçün bol su için.

Sintetik geyimlərdən uzaq durun, pambıq paltarlara üstünlük verin.

Bədəninizi mümkün dərəcədə quru tutmağa çalışın.

Alt paltarlarınızı hər gün dəyişdirin.

Qolaltı tüklərinin çoxalmasına imkan verməyin. O bakteriya artımı üçün əlverişli mühit yaradır.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*