Təbii yollarla saç uzatma maskaları.

saç

Təbii üsullarla saç uzatmaq istəyirsinizsə, əsl sizə uyğun maska reseptləri hazırladıq. Ekonomik məhsullarla tez saç uzatmaq üçün maskalar hazırlaya və mükəmməl nəticələr əldə edə bilərsiniz. Lakin bir məsələni nəzərdən qaçırmayın ki, bu maskaları stabil şəkildə istifadə etdikdə məqsədinizə çatmış olacaqsınız.

  • Bal ilə saç uzatmaq maskası.

1 yemək qaşığı toz halında olan darçın, 1 yemək qaşığı zeytun yağı, 1 yemək qaşığı balı qarışdırın və saçlarınızın dibinə, həmçinin uclarına masaj edərək sürtün. Daha sonra iri dişli daraqla saçlarınızı darayın və saçınızı bir salafanla (pinqvin,strec) bağlayın. Bu maskanı səhərə qədər saçınızda saxlayın və sabah oyandıqda yuyun. Onu həftədə 2 dəfə istifadə etməyiniz yetərlidir.

  • Alma sirkəsi.

Saç uzatma maskalarına alma sirkəsi ilə davam edirik. Çünki alma sirkəsi saç dərisindəki kəpəyin, göbələk kimi xəstəliklərin aradan qaldırılmasına kömək edir. Saç diblərini təmizləyir, sprey və şampun qalıqlarını yox edir, məsamələri açır saçın nəfəs almasına şərait yaradır.

Saçlarınızı yuyun və daha sonra alma sirkəsi maskasını tətbiq edin. 1 litr suyun içərisinə 1 yemək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Sonra onu saçınıza masajla çəkin. Bir müddət saçlarınızı durulamayın. Evdəsinizsə, səhər bu maskanı edib, axşam saçlarınızı yuya bilərsiniz.

  • Zəncəfil.

Zəncəfil yeni saçların əmələ gəlməsinə və onların sürətli uzanmasına kömək edir. Bir çay qaşığı rəndələnmiş təzə zəncəfili öz suyu ilə birlikdə saç dibinizə sürtün. Bir dəsmalla və ya salafanla bağlayın, 1 saat gözləyin. Bu mərhələdən sonra saçlarınızı şampunlayın və durulayın. Əgər istəsəniz, ardınca alma sirkəsi maskasını istifadə edə bilərsiniz.

  • Kokos yağı ilə maska.

Bu maska demək olar ki, ən yaxşı saç uzatma maskasıdır. Kokos saçları uzatmaqla yanaşı, saç qırıqlarının qarşısını alır və onları parlaqlaşdırır. Bir yemək qaşığı qatı kokos yağını ovcunuza qoyun və əllərinizi bir-birinə sürtərək onu əridin. Sonra yağı saçlarınıza və saç dibinə çəkin, saçlarınızı iri dişli daraqla darayın və salafanla bağlayaraq 1 saat gözləyin. Saçlarınızı 2 dəfə şampunlayıb durulayın. Bu maskanı həftədə 1 və ya 2 dəfə təkrarlaya bilərsiniz.

  • Çörək otu yağı ilə saç uzatma.

Çörək otu yağı həqiqətən çox şəfalı, möcüzəvi bir yağdır. Çörək otu yağı saç tökülməsinə qarşı mübarizədə müsbət rol oynayır. Bir böyük şampunun tərkibinə 1 yemək qaşığı çörək otu yağı əlavə edin. Həftədə 3-4 dəfə saçınızı bu şampunla yuyun. Ancaq hər istifadədən əvvəl onu yaxşı-yaxşı çalxalyın ki, şampunla yağ bir-birinə qarışsın. Şampunu saçınıza çəkdikdən sonra bir az gözəyin, daha sonra yuyun.

Bunlardan əlavə saçlarınızın tez uzanması üçün qidalanmanıza fikir verin. E vitamini, biotin, protein ilə zəngin olan ərzaqlar saçların uzanmasına köməklik göstərir. Mineral su, yumurta, qoz, kök, fındıq, qatıq, avakado, kətan toxumu, zeytun yağı, soğan, sarımsaq kimi məhsulları yeməyiniz tövsiyə olunur.