Sürətli çəki azaltma yolları.

Sürətli çəki azaltma yolları.

Artlq çəki və sürətli çəki azaltma yolları:

İndiyə qədər fərqli dieta proqramlarından istifadə edib və istənilən nəticəni ala bilməmisiniz? Arıqlamağa çalışan insanların bir çoxu bu prosesi sürətləndirməkdə çətinlik çəkir. Tədqiqatlara görə, bir insanın ayda ən az 1 kq, ən çox 5 kq itirməsi normal hesab olunmalıdır. Əgər bu göstəricilər çərçivəsində çəki itimirsinizsə, bu halda türkiyəli həkim Dr.Ayça Kayanın çəki atmaq üçün 5 məsləhətinə nəzər salın.

  1. Ana yemek proqramınıza xiyar və qatıqla başlayın.

Xiyar və qatığı yedikdən sonra digər yeməklərə keçə bilərsiniz. Bəzən qatıq və xiyar süfrəyə sadəcə dekorasiya üçün qoyulur və heç kəs onları yemək həvəsində olmur. Lakin ilk öncə onları yeyərsəniz, daha çox kalorili əsas xörəyi daha az yeyəcəksiniz. Daha tez doyaraq süfrədən qalxacaqsınız.

  1. Yeməkdə karbohidrat dəyəri yüksək olan qidaları ən sona saxlayın.

Karbohidrat, qlükoza və nişasta kimi mürəkkəb üzvi birləşmələrin ümumi adıdır. Karbohidratsız həyatı düşünmək mümkün deyil və onlar bədənimizin əsas tələbləri sırasındadır. Xüsusilə, beynin istifadə etdiyi ən vacib element karbohidratlardır. Ancaq çox heyf ki, gündəlik qidalanmamızda lazım olandan daha çox karbohidrat istifadə edirik və bu zaman onlar bədənimizdə yağa çevrilərək toplanır. Kartof, plov, çörək, makaron, əriştə və.s bu kimi yeməkləri sona saxlayın və onlara eyni anda süfrənizdə yer etməməyə çalışın.

  1. Yeməkdən öncə və yemək zamanı su için.

Aparılan bir çox araşdırmalarda görüldü ki, yeməkdən əvvəl və yemək vaxtı su içmək arıqlamağı asanlaşdırır. Su içmək mədənin boş sahəsini müəyyən qədər azaldır və aclığın qarşısını almağa kömək edir.

  1. Ac qarına süfrəyə əyləşməyin.

Yemək süfrəsinə çox ac oturduqda yeyilən yeməyin miqdarı artır və insan çox çətin doyur. Çox acdığınızı hiss etsəniz, protein dəyəri yüksək olan süd, xama, qatıq, ayran yeməli və ya südlü qəhvə içməlisiniz. Bununla daha tez doyduğunuzu görəcəksiniz.

  1. Sizi daha çox tox tutacaq ərzaqlara süfrənizdə yer ayırın.
  • Limon-xörəklərinizdə mümkün qədər limondan istifadə edin. Çünki limon qlikemik indeksini aşağı salaraq qan şəkərinin səviyyəsini tarazlığını qoruyur.
  • Qoz- ara öyünlərdə və ya salatlarınızda istifadə edəcəyiniz minimum 2 ədəd qoz tərkibindəki yağlar sayəsində mədənizin boşalma müddətini uzadacaq və daha tez acmağınızın qarşısını alacaq.
  • Acı qırmızı bibər- tərkibindəki kapsaisin maddəsi nəticəsində metabolizmi sürətləndirir və yağları məhv etməyə kömək edir. P.S- allergiyası olan şəxslər diqqət etməlidir.
  • Qatıq-qarın ətrafındakı yağlara qarşı mübarizə aparır. Daxilindəki protein sayəsində insanı tox tutur və yüksək səviyyədə kalsium ilə yağ yandırmaq prosesini sürətləndirir.

Turşu- Ev şəraitində hazırlanmış turşular, şorabaların içindəki probiotiklər bağırsaqdakı yaxşı bakteriyaların sayını artırı, immuniteti gücləndirir və metabolizmi tarazlayır.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*