Qol altı qaralmalarına qarşı mübarizə.

Qol altı qaralmalarına qarşı mübarizə.

Qol altı nahiyəsində yaranan qaraltılara görə bir çox qadın qısa qollu, kimono paltarlar geyinməkdən çəkinir. Bu ləkələr birdən-birə deyil, zamanla meydana gəlir. Qol altı tüklərinin təmizlənməsi və ya sapla alınması, həddən artıq tərləmək, ölü dəri hüceyrələrinin yığılıb bu bölgədə qalması qoltuq altı dərisinin bədənin digər hissələrinin rənginə nisbətən tündləşməsinə səbəb olur. Lakin bu qaralmanın səbəbləri hormonal pozğunluqlar, xərçəng, həddən artıq piylənmə (obezite) də ola bilər.

Bu cür qaralmalardan azad olmaq üçün sizə bir neçə üsul təqdim edirik.

  • Xiyar.

Limon suyu ilə xiyarın suyunu qarışdırın, üzərinə bir az zərdəçal əlavə edin. Əldə etdiyiniz məcunu qol altınıza çəkin və 30 dəqiqə saxlayın. Daha sonra qolunuzu yuyun. Digər formada xiyarı nazik dilimlərə bölüb qol altınıza sürtə bilərsiniz.

  • Limon.

Heç bir şey limon qədər yaxşı bəyazlaşdırıcı deyil. Limon sadəcə təbii təmizləyici deyil, həm də anti-bakterial və anti-septik xüsusiyyətlərə malikdir. Hər gün çimməzdən əvvəl qalın limon dilimi ilə qoltuğunuzu ovun. Limon dərini qurutduğu üçün çiməndən sonra nəmləndirici istifadə etməyiniz tövsiyə olunur. Limon suyuna bir az zərdəçal, bal və qatıq əlavə edin, onu məcun halına salın. Qol atınıza çəkdikdən 10 dəqiqə sonra durulayın.

  • Kartof.

Kartof da təbii bəyazlaşdırıcıdır. Həssas cildə sahib olan insanların dərisinə limondakı turşuluq miqdarı mənfi təsir göstərə bilər. Ona görə kartofdan istifadə etməyiniz məsləhətlidir. İncə dilimlənmiş kartofu qol altınıza sürtün, ya da iri bir kartofun suyunu qol altınıza çəkin və 10 dəqiqə gözlədikdən sonra yuyun.

  • Soda.

Əgər qoltuq altı qaralmalarına qarşı sodadan istifadə etsəniz, dezodaranta və digər kimyəvi maddələrə də ehtiyacınız olmayacaq. Çünki soda dəridəki pis qoxuların qarşısını alır. Bir az soda ilə suyu qarışdırın və qatı məcun hazırlayın. Bu məcunla qoltuğunuzu yavaşca fırçalayın. Daha sonra qol altınızı yuyun və qurulayın. Bu maska ölü hüceyrələrdən azad olmanıza da kömək edəcək.

  • Portağal qabığı.

Qurudulmuş portağal qabığını maşında çəkin və toz halına salın, onun üzərinə bir az süd və qızılgül suyu əlavə edib qatı məcun hazırlayın. Onu qoltuğunuza çəkin və 10 dəqiqə fırçalayın. Sonra soyuq su ilə yuyun.

  • Zeytun yağı.

3 yemək qaşığı zeytun yağı və 200 qram şəkər tozunu qarışdırın. Qol altı dərinizi bir az isladın və onu dərinizə çəkin. 5 dəqiqə gözlədikdən sonra yuyun. Hazırladığınız maskadan həftədə ən az 2 dəfə istifadə edin.

  • Kokos yağı.

Kokos yağı ümumiyyətlə cildimiz üçün çox faydalıdır. Tərkibindəki E vitamini sayəsində dərini parlaqlaşdırır. Onu çimməzdən öncə qol atınıza çəkin və sonra sabunla yuyun.

  • Qabartma tozu.

Bir az qabartma tozu və qızılgül suyunu (sadə su ilə də əvəz etmək olar) qarışdırıb məcun halına salın. Onu qoltuğunuza sürtün və yüngülcə kisələyin. Daha sonra yuyun və qurulayın.

 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*