Qarın nahiyəsində yaranmış yağlardan nece qurtulmalı?

Qarın nahiyəsində yaranmış yağlardan nece qurtulmalı?

Qarın yağlarınızı əridəcək ədviyyatlar

Yeməklərinizə bu ədviyyatları əlavə edərək metabolizmanızı sürətləndirin və qarın yağlarınızdan rahatlıqla xilas olun.

  • Zəncəfil.

Bu aromatik ədviyyat mədənizdə toxluq yaradır, həm də arıqlamanıza kömək edir. Zəncəfil antioksidantdır və acı bibərlərdə olan kapsaisinlə zəngindir. Araşdırmalara görə kapsaisin metabolizmanı sürətləndirir bu da yüksək səviyyədə kalori itirməyə səbəb olur.

  • Cəfəri.

Dünyanın ən məşhur qarniri olan cəfərinin yeməyinizə rəng və dad qatmaqdan əlavə də faydası var. Cəfərinin tərkibindəki anti oksidantlar qaraciyəri təmizləyir və metabolizmanı canlandırır. Bəs bu sizin çəkinizə necə təsir edir? Qaraciyər bədəndə qidaların toplanması ilə birlikdə, həzm sistemi və metabolizma üçün önəmlidir. Yağlı, xəstə qaraciyər metabolizmanı yavaşladır və kökəlmənizə səbəb olur. Cəfəri isə bunun qarşısını alır.

  • Sarımsaq.

Temperaturu salan və təbii antibiotik olan sarımsaq əsrlərdir tibbi məqsədlər üçün istifadə olunur. Üstəlik sarımsağın yağ yandırıcı xüsusiyyəti var.

  • Rozmarin.

Rozmarin çəki tarazlanmasında rolu böyükdür. Rozmarinin tərkibindəki kanozik turşular qan şəkəri səviyyəsini azaldaraq çəkini stabil saxlayır.

  • Zərdəçal.

Zəncəfilin yaxın “qohumu” olan zərdəçal Hind mətbəxindən gəlir və əslində hər kəsin mətbəxində olmalıdır. Zərdəçalın tərkibindəki kurkimin, orqanizmdəki iltihaba qarşı mübarizə aparır, vücudun metabolizma hormonu olan leptinin miqdarını çoxaldır.

  • Pul bibər.

Acı yemək yağ yandırmağa kömək edir. Ədviyyatlara acılıq dadı verən kapsaisin metabolzmanı sürətləndirir və artıq çəkini azaltmağa imkan verir.

  • Çili bibəri.

Kalori yandırmaqdan əlavə acı iştahanızı da sərhədləməyə kömək edir. Çili bibəri də arıqlamağa kömək etməklə yanaşı, soyuqdəymədə və mikrobların məhv edilməsində effektiv vasitədir.

  • Darçın.

Araşdırmalara görə darçın qlükoza hüceyrələrinin hərəkətinə kömək edir. Beləliklə, yeməkdən sonra insulin dəyişmələrini tarazlayır.

  • Qara istiot.

Koreyalı tədqiqatçılara görə, bu ədviyyata dad verən pipelin həm də yağ yandırıcı xüsusiyyətə malikdir. Pipelin yeni yağ hüceyrələrinin yaranmasının qarşısını alır və yağlanmanı kontrolda saxlayır.

  • Xardal toxumu.

Turpkimilər ailəsinə daxil olan xardal, metabolizmanı sürətləndirir. Xardalın tərkibindəki homobrassinolide yağsız vücud və əzələ kütləsini çoxaltmaq üçün əzələ hüceyrələrini hərəkətə gətirir.Tərkibindəki digər maddə olan melatonin isə kalori yandıran yağ hüceyrələrinin fəaliyyətini sürətləndirir.

DİQQƏT: Əgər mədənizdə, böyrəyinizdə, qaraciyərinizdə və.s nasazlıq varsa yuxarıda qeyd edilənləri istifadə etməzdən qabaq həkimlə məsləhət etməniz mütləqdir.