Qəribə fobiyalar.

Bir sıra qəribə fobiyalar haqda informasiyanı nəzərinizə çatdırmaq istəyirik. Bu fobiyaların, qorxuların adları da qeyri-adidir.

 

Bir sıra qəribə fobiyalar haqda informasiyanı nəzərinizə çatdırmaq istəyirik. Bu fobiyaların, qorxuların adları da qeyri-adidir. Bu gün sizə ən qəribə fobiyalardan söhbət açacıyıq.

  1. Alektrofobiya – toyuq, cücə qorxusu. Bu fobiyanın uşaq olarkən toyuq və ya xoruzun hücumuna məruz qalmış bir insanda yaranması normaldır. Lakin alektrofobiyası olanlar bunun əksinə cücə, toyuq, xoruz hamısından, hətta ölü halda belə qorxur. Onlar toyuq yeməkdən də çəkinirlər.
  2. Barofobiya – yerin cazibə qüvvsindən qorxmaq. Bu cür insanlar tullanmaqdan, yıxılmaqdan, hündür və ya alçaq yerdən düşməkdən qorxur.
  3. Xronomentrofobiya – saat qorxusu. Bu cür insanlar saatlardan və zamandan qorxur. Onlar saat taxmağa nifrət edir, konkret saatda haradasa olmaq lazım olduğunu eşitmək istəmir, ayın tarixini bilmir.
  4. Dendrofobiya – ağac qorxusu. Bu cür insanlar bəzən hətta ən kiçik bitkidən də qorxurlar. Ağacları insana, vəhşi canlılara, mənfi qüvvələrə bənzədirlər.
  5. Genufobiya – diz qorxusu. Genufobiyalı insanlar həm öz dizlərindən, həm də başqasınınkılardan qorxa bilər. Bu cür insanlar dizləri görən zaman dəhşətə gəldiklərindən qısa geyimlər geyinmir, hər zaman dizlərini qapalı saxlayır.
  6. Levofobiya – bədənin sol tərəfindəki predmetlərdən qorxmaq. Bu fobiyaya daha çox sağaxay insanlarda rast gəlinir.
  7. Poqonofobiya – saqqal qorxusu. Bu saqqaldan və ya saqqallı insanlarla münasibətə girməkdən, saqqala toxunmaqdan qorxmaqdır. Poqonofobiyaya həm kişilərdə, həm də qadınlarda rast gəlinir.
  8. Pediofobiya-oyuncaq gəlincikdən qorxmaq. Onlar təkcə qorxulu gəlinciklərdən yox, bütün oyuncaq gəlinciklərdən qorxurlar.