Neqativ düşüncənin öhdəsindən gəlmə yolları.

Neqativ düşüncənin öhdəsindən gəlmə yolları.

Neqativ düşüncədən uzaqlaşın!

Neqativ düşüncə kimliyindən aslı olmayaraq hər birimizə xoşagəlməz anlar yaşadır. Bilməlisiniz ki, bizim fikirlərimiz yaşadığımız reallığımızı formalaşdırır. Odur ki, əgər düşüncəmizi dəyişə bilsək ətrafımızda hər şey ona uyğun dəyişəcək. Əsas bacarmalı olduğumuz düşüncələrimizə hakim olmaq və onları pozetiv dalğaya çevirə bilməmizdir. Bu məqalədə bir neqativ düşüncəyə qalib gəlmənin 12 metodunu nəzərdən keçirəcəyik.

  • Beyninizi necə informasiya ilə doldurduğunuza nəzarət edin.

Düşüncələrimiz beynimizə daxil etdiyimiz informasiyadan aslıdır. Təbii ki, Siz hər gün beyninizə neqativi yüklədikdə düşüncələrinizlə problemlər yaşayacaqsız. Bu səbəbdən televizorda qorxulu filmlərə, xəbərlərə xüsusilədə cinayət haqda xəbərlərə, qarmaqarışıq ailə-məişət problemləri müzakirə edilən tok-şoulara baxmayın. Ancaq Sizi həvəsləndirən, xöşbəxtliyə sövq edən informasiyaları beyninizə yükləyin.

  • Rahatlanmağı öyrənin.

Əlbətdə ki, biz təmamilə həyatımızda neqativ xəbər və hadisələrdən uzaqlaşdıra bilmərik. Bu səbəbdən də, psixoloji gərginliyi üzərimizdən götürməyi öyrənməliyik. Bir çox insan bunu etmək üçün alkoqollu içkilərdən istifadə edir, amma bu yalnış yoldur, çünki alkoqol vəziyyəti daha da çətinləşdirir. Beləki alkoqol bizim sinir sistemimizi stimullaşdırır və daha da həssas edir – məsələn adi halda ağlayacağını düşünə belə bilmədiyiniz insan alkoqolun təsirindən asanlıqla açılmış hər hansı bir həssas mövzudan asanlıqla körpə uşaq kimi göz yaşlarına qərq olur və hönkür hönkür ağlayır. Rahatlamaq üçün ən uyğun metodlar dua etmək və ya meditasiya ola bilər. Metok çoxdur əsas Sizə uyğun olanı seçməkdir.

  • Gündəlik tutun.

Düşüncələrinizi idarə edə bilmənin yolu kimi onları bir dəftərə qeyd etməkdir. Gündəlik tutun və hər gün yazdıqlarınızı oxumağa biraz vaxt ayırın. başınızdakı qarmaqarışıqlığı görmək üçün yazdıqlarınızı oxuyub problemi gözünüzlə görməniz lazımdır. Əgər hər gün yazsaz nəticədə Sizi ən cox narahat edən düçüncələri tapıb onlarla mübarizə etmə yollarını tapmaq daha asan olacaq.

  • Analiz edin.

Bunu mütəmadi edin. Gündəliyə yazdığınız düşüncələrinizi və onları yaradan hadisələri analiz edin. Əksər hallarda neqativ düşüncə bizim üçün önəmsiz olan istiqamətlərdə inkişaf edir. Analiz nəticəsində pis düşüncələri, Sizə onların niyə qalib gəlmə səbəblərini ortaya çıxarmaq və onları dəf etmək yollarını müəyyənləşdirə biləcəksiniz.

  • Keçmişdə baş vermiş hadisələri bərpa edin.

Neqativ düşüncə cox vaxt psixoloji zədənin nəticəsi olur. Məsələn – tərk edilmiş və ya sevgilisi ölmüş oğlan özünü həyatdan küsmüş edir və bütün qadınlara nifrət edərək onların demək olar ki, şeytan əməli olduğunu düşünür. Sizdə psixoloji sarsıntı yaratmış hadisəni yadınıza salın hardakı Siz istirab çəkirdiz. Sonra həyatınızda baş vermiş bu neqativ təcrübədən can qurtarın. Bunu necə etmək olar? Çox asan – bir kağız parçasına bu hadisəni yazın sonra hər şeyin keçmişdə qaldığına və həyatınızı yeni səhifədən başladığınıza qəti qərar verib o kağızı yandırın. Əgər bu Sizə kömək etmədisə mütləq profesional psixoloqa müraciət edin çünki gələcək həyatınız bundan düşündüyünüzdən daha çox aslıdı.

  • Nəfəs hərəkətlərindən istifadə edin.

Psixoterapiyada nəfəs hərəkətlərindən geniş istifadə edilir. Əgər Sizin təlimatçı nəzarəti altında bunu etməyə imkanınız yoxdursa bunu müstəqil olaraq özünüz edə bilərsiz. Yaxşı olar ki, bunu açıq havada yada açıq pəncərənin önündə edin ki, bədəniniz və beyniniz yetərincə oksigen qəbul edə bilsin. Nəfəs alan zaman yavaş nəfəs alın bu zaman sinə yox qarın şişməlidir. Nəfəsi burnunuzdan eyni yavaş templə buraxın. Bütün fikrinizi nəfəs alma hərəkətinə cəmləyin və orqanizminizin hər hüceyrəsinin qəbul etdiyiniz oksigenə görə Sizə necə minnətdar olduğunu hiss edin. 10-15 dəqiqə nəfəs hərəkətlərindən sonra yüngüllük hiss edəcəksiniz və pis fikirlər hamısı yox olacaq.

  • Yumor hissinizi qoşun.

Bir çox mütəxəssislər yumorun neqativ düşüncə ilə mübarizədə önəmli alət olduğunu bildirir. Bunun üçün beyninizdə formalaşmağa başlayan fikirləri çevirərək gülünc halına çevirməyə bacarmağa hazır olmaq lazımdır.  Bu bacarıq neqativ düşüncəni dəf etməyə, eləcədə yaradıcılığınızın və yumor hissinizin inkişafina gətirib çıxaracaq.

  • Bədbin insanlarla ünsiyyətdən qaçın.

Bəzi insanlar öz neqativ düşüncələrini təbii hal kimi qəbul edir. Onlar daima həyatlarından gileylənir, ikiüzlü şəkildə başqa insanların dalınca danışır və həyatlarında heç bir perespektiv görmür. Onların bu pessimizmi – ən qorxulu virusdur və cox asan keçicilik qabiliyyətinə malikdir. Bu səbəbdən bu insanlardan mümkün qədər uzaq qaçın!!

  • Qiymətləndirməyi tərgidin.

Uşaq yaşlarımızdan beynimizdə yaxşını və pisi müəyyənləşdirməyə xidmət edən mexanizm formalaşıb. Şüuraltı səviyyədə biz insanları, hadisələri, əşyaları və s. qiymətləndiririk. Amma şüuraltımızı yenidən formalaşdıra bilərik. Bir gün mühakimə etmədən tamaşaçı kimi yaşamağa çalışın. Gördüyünüz, eşitdiyiniz və hiss etdiyinizləri qiymətləndirməyi tərgidin. Yəni var olan hər şeyin sadəcə mövcud olduğunu anlayın. Nəyin pis nəyin yaxşı olduğunu düşünməyin sadəcə tamaşa edin. Görəcəksiz ki, beyninizə xeyirsiz neqativ düşüncələri buraxmadıqca həyatın çox gözəl olduğunu hiss edəcəksiniz.

  • Heyrətlənməyin.

Efsusluq hissi, neqativ düşüncələr və ümüdsüzlük yaradır. Özünüzə heyrətlənməyə imkan verməyin ki, sonda efsusluq hissi keçirməyəsiz. İnsanlardan, özünüzdən və dünyadan heçnə gözləməyin. Sadəcə hər anı gözləntisiz yaşayın. Baş vermiş hər yaxşı şeyə görə minnətdar olun, pis şeyləri isə qəbul etməyin.

  • Tez-tez gülün.

 

Gülüş bütün psixoloji problemlərdən bir nömrəli qorunma vasitəsidir. Bu səbəbdən gündə yarım saat gülüş zamanı ayırın – bu sizin sağlamlığınızı bərpa edəcək və həyata daha yaxşı tərəfdən görmənizə kömək edəcək. Hər vəziyyətdə gülüş obyektinə çevrilə bilinəcək nəsə var, hətda yoxdursa belə eləbelədə gülmək mümkündür. Komediya filmlərinə baxın, lətifələr oxuyun  və şən insanlarla vaxt keçirin ki, həyatınıza çoxlu pozetiv enerji axınını təmin etmiş olasız. İnanın gülən adamın beyninə heç vaxt neqativ düşüncə gələ bilməz.

  • Hər vəziyyətdə yaxşı nəsə var.

Yaxşını görməyi öyrənmək çox vacibdir. Bunu etmək üçün sadəcə məşq etmək lazımdır. Bir qələm və kağız götürüb üzərinə Sizinlə baş vermiş 10 pis hadisəni ora yazın. Sonra hərəsinin qarşında bu hadisə nəticəsində baş verən yaxşı şeyləri yazın. Çətinliklərlə qarşılaşdığınız halda bunu mütləq edin, beləliklə Siz nəinki neqativ düşüncəni dəf etmiş olacaqsınız, həmçinin stresə davamlılığınızı da əhəmiyyətli dərəcədə artırmış olcaqsız.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*