Mənfi düşüncələrdən qurtulmağın 9 yolu.

Mənfi düşüncələrdən qurtulmağın 9 yolu.

Mənfi düşüncələrlə mübarizə yolları.

Mənfi yüklü düçüncələrin sizi ələ keçirməsinə izn verməyin. Həyata daha pozitiv baxmaq və neqativ düşüncələrdən yaxa qurtarmağın 9 yolunu sizə təqdim edirik.

Həyatımızda hər şey həmişə istədiyimiz kimi olmur. Çətin anlardan keçirik, yoruluruq, üzləşməkdən qaçırıq və bəzən bəzi insanlara söyləmək istədiklərimizi deyə bilmirik və içimizə atırıq. Bütün bunlar beynimizdə yaratdığımız qorxu və narahatlıqlarla birləşərək neqativ düşüncələrin bizi idarə etməsinə səbəb olur. Əslində bu cür mənfi düşüncələrin bizə fayda verməyəcəyini də bilirik, amma, bəzən kiminsə bunu bizə xatırlatması gərəkdir. İndi keçək bizi yoran bu mənfi hisslərdən can qurtarmağın yollarına.

1.Neqativ düşüncələrinizin reallığa uyğunluğunu yoxlayın.

Sizi yoran və təkrarlayan mənfi fikirlərinizi kağıza yazmaqla başlaya bilərsiniz. Ardınca yanlarına nə dərəcədə doğru olduqlarını və onların sizə reallıqda nə dərəcədə təsir etmək imkanının olduğunu qeyd edin. Hər neqativ fikrin doğru olmadığını və sizə narahatçılıq törətməyəcəyini görəcəksiniz.

2.Düşdüyünüz situasiyanı kənar müşahidəçi kimi izləyin.

Bəzən içindən çıxa bilmədiyiniz vəziyyətlərdən kənarlaşın, onlara kənardan baxmaq ən yaxşı çıxış yolu ola bilər. Özünüzə bu sualları verin – Bu situasiyaya başqa hansı tərəflərdən baxa bilərəm? Bu vəziyyətdə bir başqası olsa necə davranardı? Mənim vəziyyətim kənardan baxıldığında çox pisdir ya mən öz düşüncələrimlə onu daha da gərginləşdirirəm?

3.Təşəkkür və minnət siyahısı hazırlayın.

Təşəkkür etmək gündəlik həyatda çoxumuzun unutduğumuz, amma, əslində bizim xilaskarımız olan hisslərdir.”The Magic”  kitabının müəllifi Rohanda Byryne hər gün minnət etdiyiniz və təşəkkür etdiyiniz 10 şeyi yazmağınızın tamamilə həyatınızı dəyişdirəcəyini yazır. Vəziyyət necə olursa olsun mütləq sahib olduğunuz və sizi həyata bağlayan şeyləri xatırlayın və hər gün təşəkkür edin. Bunu hər gün nizamlı olaraq təkrarladığınızda vərdişə çevriləcək və həyatınızın pozitiv istiqamətə doğru dəyişdiyinin şahidi olacaqsınız. Sizə və münasibətlərinizə sevinc qatacaq cümlələri hər gün təkrarlayın.

4.Ətrafınızı pozitiv insanlarla zənginləşdirin.

Bizə özümüz qədər ətrafımızdakı insanların da psixoloji vəziyyətinin təsir etdiyi bir gerçəkdir. Yanınızda davamlı olaraq mənfi enerjili insanlar olarsa təsirlənməməniz mümkün deyil, amma, tam tərsi ətrafınızda pozitiv insanlar olarsa da təsirlənməməniz qaçınılmazdır. Sizi incidən, pis xatirələri xatırladan, enerjinizi aşağı salan insanları ətrafınızdan uzaqlaşdırın.

5.Qurban psixologiyasından çıxın.

Sizi bu hala salan yaşadıqlarınızı bir daha düşünün  çünki onların çoxu əslində öz qərarınız idi və bir çoxunu da istəyərək etdiniz. Başqalarını günahlandırmayın, amma əsla özünüzü də günahlandırmayın. Nə yaşandısa yaşanıb kimi qəbul edin və qurban psixologiyasına girməyin. Hər hərəkətinizin və qərarınızın məsuliyyətini üzərinizə alın və keçmişə baxmayın.

6.Başqalarına kömək əlinizi uzadın.

Bir başqasına kömək etmək neqativ düşüncələrinizdən  və fasiləsiz özünüzün diqqət mərkəzinizdə olmaqdan sizi qurtarar.

7.Yaradıcı olun.

Ən böyük sənətçilər,ən müvəffəqiyyətli iş adamları əslində çətinliklərdən keçib gəlmiş insanlardır. Yaşadığınız çətin anları və neqativ düşüncələri avantaja çevirin. Yazı yazın, rəssam olmasanız belə şəkil çəkin, düşüncələrinizi başqaları ilə paylaşın, mahnı oxuyun ya da başqa bu kimi işlərlə enerjinizi boşaldın. Bəlkə də məhz bu dövrdə ağlınıza əvvəllər gəlmədiyi qədər yaradıcı, maraqlı bir ideya gələcək.

8.Hərəkətdə olun.

Təmiz havada gəzintiyə çıxın, ən sevdiyiniz musiqiyə qulaq asaraq qaçışa başlayın, yoqa, pilates və meditasiya ilə məşğul olun, nə edirsinizsə edin hərəkəti dayandırmayın. Düşüncələrimizin və ruhi vəziyyətimizin fiziki xüsusiyyətlərimizlə əlaqəli olduğunu unutmayın.

9.Gülümsəyin.

Bəzən ətrafımızdakı insanları qaraqabaq olmaqla günahlandırırıq, amma özümüzə baxmağı düşünmürük. Siz gün içində nə qədər gülümsəyirsiniz? Unutmayın ətrafınızdakı insanlar sizin güzgünüzdür. Gülümsəmənin gücünə inanın. Siz nə qədər pozitiv olsanız həyatınızdakı hər şey də sizə pozitiv şəkildə bumeranq effekti ilə geri dönəcək. Son olaraq Mahatma Qandinin bu sözlərini heç vaxt unutmayın :

  • Söylədiklərinizə diqqət edin, düşüncələrinizə çevrilər
  • Düşüncələrinizə diqqət edin, duyğularınıza çevrilər
  • Duyğularınıza diqqət edin, davranışlarınıza çevrilər
  • Davranışlarınıza diqqət edin, vərdişlərinizə çevrilər
  • Vərdişlərinizə diqqət edin, dəyərlərinizə çevrilər
  • Dəyərlərinizə diqqət edin, xarakterinizə çevrilər
  • Xarakterinizə diqqət edin, qismətinizə çevrilər