Heyva meyvəsi və onun şəfalı xüsusiyyətləri.

heyva

Heyva haqda bilməli olduğunuz mühüm informasiya:

Heyva sulu və xoş ətirli meyvəsi olduğu ilə yanaşı yarpağından da istifadə olunur. Heyvanın özü qədər dənələri də sağlamlığımıza xeyirlidir. Qış meyvəsi olan heyva həzm sistemi, iltihablanma, dəri ilə bağlı problemlərin dəf edilməsində xüsusi əhəmiyyət kəsb edir.

  • Bağırsaq xəstəlikləri.

Səbəbi bilinməyən bağırsaq xəstəliyi ətraf mühitin təsirlərindən və ya genetik olaraq meydana çıxa bilir. C vitamini ilə zəngin olan heyva anti-allergik xüsusiyyətinə görə bu xəstəliyin müalicəsində ümidverici rol oynayır.

  • Heyvanın nəfəs yollarına xeyri.

Heyva suyu astma xəstəliyinə qarşı münbarizədə müsbət effekt verir, nəfəs yollarının fəaliyyətini tənzimləyir. Heyva stabil yeyildiyi zaman qaraciyər çatışmazlığı, tuberkuloz kimi xəstəliklərin  yaranması ehtimalını azaldır.

  • Heyva çəki azaltmağa kömək edir.

Xüsusilə qış aylarında kökəlirsinizsə, bol-bol heyva yeməyiniz tövsiyə olunur. 100 qramlıq heyva cəmi 57 kkaloridir. Tərkibində yağ və natrium aşağı səviyyədə olan heyva arıqlama prosesini sürətləndirir, orqanların sağlam işləməsini təmin edir. Toxluq hissi verən heyvanı yedikdə uzun müddət aclıq duymayacaqsınız.

  • Qaraciyəri təmizləyir.

Heyva minerallar, anti-oksidantlara zəngin olduğu üçün qaraciyərin ona ehtiyacı var. Heyva sərbəst radikallarla qaraciyəri təmizləyir və antibiotik funksiyası yerinə yetirərək onun sağlam fəaliyyətinə şərait yaradır.

  • Heyva mədəni qüvvətləndirir.

Çində aparılmış araşdırmalara əsasən heyva mədə xorasını müalicə etməyə qadirdir. Heyvanın özündən də, suyundan da istifadə edərək mədə xorası xəstəliyindən qurtula bilərsiniz.

  • Heyva həzm sisitemi problemlərinin aradan qaldırılmasında faydalıdır.

Heyvanı bal ilə qarışdırıb yeyərək bağırsaq infeksiyaları, qəbizlik və ishal kimi şikayətlərinizi dəf etmiş olacaqsınız. Hemoroid xəstəlikləri üçün hazırlanan dərmanlarda heyvadan istifadə olunur. Stabil formada gündə 100 qram heyva yesəniz bağırsaqlarınız rahatlaşdığını hiss edəcəksiniz.

  • Xolesterinin səviyyəsini tənzimləyir.

Pis xolesterini və qanda mövcud olan LDL-i aşağı salmaq üçün heyva yeyilməlidir. Qanın təmislənməsində təsirli olan heyva xolesterini tarazlaşdırdığı üçün ürək damarlarının tıxanmasının qarşısını alır və ürəyin aktiv fəaliyyətinə kömək edir.

Yuxarıda sadalananlardan başqa heyvanın əlavə faydaları kimi bunları da göstərə bilərik:

 

  • Ağız qoxusunu aradan qaldırır.
  • Stresi azaldır.
  • Cinsi istəyi artırır.
  • İştahı açır.
  • Heyva suyu menstruasiya pozğunluqlarının nizamlamada effektli vassitədir.
  • Varikozun müalicəsində istifadə olunur.
  • Allergiya və öskürəyin kəsilməsinə müsbət təsir göstərir.

DİQQƏT ! Heyva dənəsini yemək hamilə qadınlara məsləhət görülmür. Yüksək təzyiqi olanlar da heyvanı az yeməlidir.