Gündə bir alma yemək üçün 10 səbəb.

Gündə bir alma yemək üçün 10 səbəb.

Gündə bir alma yeməyin orqanizmimizə faydaları:

Gündə bir alma yeməyin sağlamlıq üçün fikirləşdiyinizdən də çox xeyri var. Sizin üçün onun faydalarını araşdırdıq.

Alma yemək həkimlərdən də uzaq durmaq deməkdir. Vitamin və minerallarla zəngin olan almanın dünya üzərində 7500-dən çox növü mövcuddur. Həm dərini gözəlləşdirən, həm də ürək sağlığını qoruyan alma, təbii günlük bəslənmənin və dieta proqramının əsas elementidir. Gündə bir alma yeməyin xeyirlərini sizə təqdim edirik.

  • Çəkinizi stabil saxlayır.

Bir alma sadəcə 50-80 kaloridir. Tərkibində yağ və natrium olmaması ilə birlikdə, lif ehtiyatlarının çoxluğu sağlam çəkinizi qorunmağınıza və ya azaltmağınıza kömək edir.

  • Dişləri bəyazlaşdırır.

Alma diş məcununun yerini tutmasa da, onun qədər effektlidir. Almanı dişləmək və çeynəmək tüpürcək ifrazatını artırır, ağızdakı bakteriya səviyyəsini azaldır, dişləri bəyazlaşdırır və çürüklərə qarşı qoruyur.

  • İmmunitet sistemini gücləndirir.

Qırmızı alma özündə kversetin adlandırılan anti-oksidant cəmləşdirir. Aparılmış tədqiqatlara görə kversetin, xüsusilə stresli vəziyyətlərdə bədənin immun sistemini qoruyur və gücləndirir.

  • Astmaya qarşı mübarizə aparır.

Araşdırmalar həftədə ən az 5 alma yeməyin ağciyər fəaliyyətini gücləndirdiyini və astma xəstəliyini zəiflətdiyini göstərir. Bunun səbəbi isə almada E və C vitaminlərinin, həmçinin anti-oksidantların bol olmasıdır.

  • Dərini gözəlləşdirir.

Almanı qabıqları ilə yemək, xüsusilə cildi təravətləndirir. Alma qabığının tərkibindəki fosfor,maqnezium və sink dərinizin gözəlləşməsi və cavanlaşmasına köməklik göstərir. Digər tərəfdən dəmir, kalsium və fol turşusu ilə zəngin olan alma sümüklərin bərkiməsinə xeyli müsbət təsir göstərir.

  • Kataraktanın yaranma təhlükəsinin qarşısını alır.

Tədqiqatların nəticələri gündəlik qidalanma rejimində almaya yer ayıran şəxslərin katarakta, xalq arasında yayılmış adı ilə mirvari suyu xəstəliyinə yaxalanmaq riskinin digərlərinə nisbətdə 10-15% az olduğunu göstərir.

  • Qəbizlik və diareyanın azalmasına səbəb olur.

Alma həssas bağırsaq sindromuna qarşı bağırsaqları qoruyur. Lif qaynağı ilə bol olduğundan qəbizlik və diareyanın müalicəsində effektli təsir göstərir.

  • Xolesterolu azaldır.

Almada cəmləşmiş liflər bağırsaqda pis xolesterolun miqdarının azalmasına şərait yaradır.

  • Ürək sağlığını qoruyur.

Kalium mənbəyi olan almanın qabığındakı fenol birləşmələri qan axımını sürətləndirir, damarları və ürəyi qoruyur.

  • Hafizəni gücləndirir.

Alma suyu yaddaşın gücləndirilməsi üçün ən önəmli vasitələrdəndir. Onun tərrkibində olan dəmir beyin fəaliyyəti üçün, fosfor isə zehni qabiliyyətlərin inkişafı üçün katalizator rolunu oynayır.