Gül kələmi və onun faydalı xüsusiyyətləri

gül kələmi

Havalar isindikcə piştaxtalarda yaz-yay mövsümünün meyvə və tərəvəzləri də yavaş-yavaş görünməyə başlayır. Bol vitaminli gül kələmi, ispanaq, badımcanla bişirilən yeməklər süfrələri bəzəyir.

Bu yazımızda sizə qışın ən gözəl tərəvəzlərindən olan gül kələminin faydalarından bəhs edəcəyik. İnanıram ki, bu məqalədən sonra onu mətbəxininzdən əksik etməyəcəksiniz!

  • Gül kələmi təxminin 25 kkaloridir.
  • A, B1, B2, C və E vitaminləri ilə zəngindir.
  • Gül kələminin tərkibi liflərlə bol olduğu üçün xolesterin səviyyəsini aşağı salır.
  • Ağciyər, döş, sidik kisəsi xərçənginə yaxalanmaq riskini azaldır.
  • Xüsusilə qaraciyərin toksinlərdən təmizlənməsində effektivdir.
  • Cinsi istəyi və gücü artırmaq qabilliyyəti var.
  • Beyin üçün olduqca faydalı bitkidir. Beynin inkişafına imkan verən B vitamini ilə zəngindir. Son dövrlərdə getdikcə artmaqda olan alzheimer xəstəliyinə qarşı qoruyucu vasitədir.
  • Revmatizm, romatoid artrit və sümük əriməsi kimi xəstəliklərin müalicəsində müsbət nəticə verir.
  • Kalsium, kalium, fosfor, maqnezium, sink kimi minerallarla zəngin tərəvəzdir. Bu mineralların hər birinin də müəyyən funksiyası var. Sink yaraların sağalması və yeni hüceyrə yaradılmasına kömək edir. Maqnezium sümüklərin normal fəaliyyəti üçün gərəkli olan hormonları istehsal edir.
  • Arıqlamaq üçün əla köməkçidir. Gül kələmi yağ yandırmaq üçün önəmli bir ünsür olan C vitamini ilə zəngindir.

Bədəninizdə K vitamininin miqdarını artırmaq istəyirsinizsə, gül kələmi yeyin. Xüsusilə uşaqların və yaşlıların sümüklərinin sağlamlığını qorumaq üçün lazımlı qidadır.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*