Gözaltı qaralmalara son.

Gözaltı qaralmaları.

Gözaltı qaralmaları.

Xarici görünüşünüzə mənfi təsir göstərən gözaltı qaralmaları bəzən bir xəstəliyin xəbərçisi ola bilər. Həkimlər bunun daha çox qaraciyər xəstəliklərinə işarə etdiyini göstərir. Sizdə də gözaltı qaralmaları varsa, ilk növbədə həkimə müraciət etməlisiniz. Həddən artıq duzlu yeməklə qidalanmaq, stres, yorğunluq, yuxusuzluq da gözaltı qaralmalarının səbəblərindəndir. Tonal krem və korrektor kimi kimyəvi məhsullardan istifadə edərək qaralmaların üstünü örtürük, lakin dərimizə ziyan verdiyimizi unuduruq. Təbii, bitkilərlə hazırlanmış maskalarla həm effektiv nəticə əldə etmək mümkündür, həm də onlar cildimizə zərər vermir.

  • Stabil yuxu.

Stabil yuxu göz və göz ətrafı üçün olduqca vacibdir. Gündə ən az 7 saat yatmaq faydalıdır. Yuxusuzluq gözlərinizin şişməsinə və alt hissəsinin qaralmasına səbəb olacaqdır.

  • Su.

Hər gün stabil olaraq su içməlisiniz. Su bədənimizdəki toksinlərin xaric edilməsinə köməklik edir. O cildi gəncləşdirir və dəridəki ləkələrin itməsini təmin edir.

  • Paket çay.

Çay gözaltı qaralmaları üçün ən önəmli həll vasitələrindəndir. Dəmlədiyiniz quru çay və ya paket çaylar soyuduqdan sonra, 10-15 dəqiqə gözünüzün alt hissəsinə qoyun.

  • Xiyar və kartof.

Kartof və xiyar problemin həlli yollarındandır. Çiy kartof və ya xiyarı göz qapaqlarınıza qoyun və 15 dəqiqə gözləyin. Ekzeması olanlar kartofdan istifadə etməsin.

  • Zeytun yağı.

Zeytun yağı hər dərdə əlacdır. Gözaltları üçün də istifadə olunur. Zeytun yağına pambığı batırın və gözünüzün altına çəkin. 10 dəqiqə gözlədikdən sonra yuyun.

  • Razyana yarpağı.

Razyananın tərkibindəki A, B, C vitaminləri və razyanın dəmir, kalsium, kükürd qaynağı olması gözaltı torbalarına və qaralmalarına qarşı mübarizədə müsbət təsir göstərir. 1çay qaşığı razyana yarpağı 1 stəkan suda qaynadılır və süzülür. İlıqlaşdıqdan sonra göz ətrafına çəkilir və 15 dəqiqə saxlanılır. Sonda ilıq su ilə gözlərinizi yuyun və qurulayın.

  • Çobanyastığı.

Bir fincan qaynamış suyun içərisinə 1 qaşıq quru çobanyastığı çiçəyi əlavə edin. 20 dəqiqə dəmlənməsi üçün gözləyin. Süzdükdən sonra pambığı suya batırın və göz qapaqlarınıza yerləşdirin, 10 dəqiqə sonra götürün.

  • Əməkömənci.

Bir az əməköməncini 1 çay qaşığı bişməmiş südün içərisinə əlavə edin. Bunları yaxşı-yaxşı qarışdırın, göz ətrafınıza çəkin. 15 dəqiqə sonra təmizləyin. Bunu bir ay ərzində hər gün istifadə edin.

  • Limon və pomidor.

Limon və pomidor suyu ilə hazırlayacağınız maska ən effektiv vasitələrdən biri olacaq. Eyni miqdarda limon və pomidor suyunu qarışdırın, 1 həftə ərzində göz altlarınıza çəkin.