Geyim alan zaman fikir verilməsi gərəkən amillər.

Gelim alan zaman fikir verilməsi gərəkən amillər.

Geyim alarkən rənglərə fikir verin.

Güclü və cazibədar imic formalaşdırarkən önəmli yerlərdən birini geyim seçərkən rənglərdən düzgün istifadə tutur. Ulduz kimi parıldamaq istəyirsinizsə, ilk öncə sizə hansı rəngin yaraşdığını bilməlisiniz. Makiyajda olduğu qədər geyimdə də uyğun və düzgün rənglərin seçilməsi sizdə möcüzə effekti yaradacaqdır. Çünki rəng seçimi insanı yaşlı və ya gənc, kök və ya arıq, cazibədar və ya baxımsız biri kimi göstərə bilər. Yalnış rəng seçdikdə hətta xəstə kimi də görünmə ehtimalınız var. Rəng seçimində nələrə fikir vermək lazımdır?

  • Geyimlərdə rəng seçimində ən önəmli yol göstərə biləcək vasitə dəri rənginizdir. Çəhrayı rəngli dəriniz varsa, qırmızı, narıncı kimi tonlardan uzaq dururn. Açıq rəngli dəri rənginə sahibsinizsə, ağ rəng seçimlərinizdən olmasın. Bu cür qadınlara qara, çəhrayı, qırmızı, turkuaz daha çox yaraşacaq.
  • Sadə və zərif rənglər hər zaman dəbdədir, hər zaman sizi daha nəcib göstərəcək. Boz, qara və kirli bəyaz (bej rənginə yaxın ağ rəng ) vaz keçilməz rənglər sırasındadır. Qara həmişə elitarlığını qoruyan bir rəngdir, həmçinin iş həyatında, iclaslarda imicinizə müsbət təsir göstərən rəngdir.
  • Mavi, bənövşəyi, yaşıl kimi soyuq rənglər sizi olduğunuzdan daha incə göstərəcək. Qara, qəhvəyi, tünd göyün tonları da həm arıq, həm də daha gənc effekti verir.
  • Saçınız qara, dəriniz qara buğdayi və ya əsmər, gözünüz tünd rənglidirsə, ağ, qırmızı, mərcan tonları sizin üçün idealdır. Saçınız qara, dəriniz qara buğdayi və ya əsmər, gözünüz açıq rənglərdədirsə, qan qırmızısı, yarpaq yaşılı tonları sizə uyğundur. Dərisinin rəngi çox tünd olan əsmər xanımlara zeytun yaşılı, bənövşəyi və tünd narıncı ( payız yarpağı kimi ) gözəl yaraşır.
  • Saçınız və gözləriniz tünd qəhvəyi, dəriniz tünd rənglidirsə, narıncının tonları, qızılı və sarı rəng sizin rənginizdir. Gözləriniz rəngli, dəriniz açıq tonlarda, saçlarınız tünd qəhvəyidirsə, bənövşəyi, mavi, açıq bənövşəyi rənglərində geyimlər seçməyiniz məsləhətdir.
  • Saçlarınız qəhvəyi və ya şabalıdıdırsa, fildişi, ağ, bej, karamel, ot rəngli yaşıl, açıq qəhvəyi, turkuaz, xaki, bürünc, mərcan, xardal, bənövşəyi, şaftalı rəngi, sarı kimi rənglərdən istifadə edə bilərsiniz.
  • Saçınız və dəriniz açıq rənglərdə, gözləriniz mavidirsə, fuşya, çəhrayı, mavinin hər tonu, boz və ağ rənglər sizə çox yaraşacaq.
  • Sarı saçlı xanımlar yaşıl, qara, qırmızı və mavi geyimlər geyinə bilər. Saçlarınız sarı və ya buğda rənglidirsə, açıq mavi və çəhrayı tonlarında aksessuarlar sizin stilinizi tamamlayacaq.
  • Ağ dərili və narıncı saçlısınızsa, yaşıl, mərcan, saman sarısı, boz-mavi, narıncı, ərik tonları tam sizə uyğun rənglərdir.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*