Evlilik bağlarının gücləndirilmə yolları.

Evliliyinizi gücləndirməyin yolları

Evliliyinizi gücləndirməyin yolları.

Evlilik dövründə münasibətlər zaman keçdikcə solğunlaşır, ilk günlərdəki həyəcanını itirib vərdiş halını alır. ”Sevgi münasibətlərinin taleyi belədir. “ demək düzgün olmazdı. Çünki münasibətlərini bu həddə çatdırmayan cütlüklər də var. Bütün problemləri birlikdə həll etməyi bacaran cütlüklərin əlaqələri də güclənir. Təbii ki, bunun üçün qarşılıqlı səy göstərmək gərəkdir.

Bunun üçün sizlərə bir neçə məsləhət hazırladıq.

  • Dəyişiklik edin.

“Stony Brook” Universitetində psixoloq kimi çalışan Dr.Artur Aron hər həftə sevdiyiniz eyni məkana getməyinizin sizə heç bir faydası olmadığını söyləyir. A.Arona görə yeniliklər yaxşı bir evlilik üçün açar rolunu oynayır. Uzun zamandır etmədiyiniz bir işi birlikdə edin. Hətta xoşbəxt bir evlilik xətrinə ilk günlərdəki kimi bir-birinizə görüş təyin edin.

  • Gününün necə keçdiyini soruşun.

Olduqca sadə bir şey kimi görünsə də, yoldaşınızın gününün necə keçdiyi ilə maraqlanmanız çox vacibdir. Westminister Universitetin nümayəndəsi psixoloq Dr.Angela Hicks “Hər axşam gün içində nələri etdiyinizlə bağlı söhbətləşməniz münasibətinizi gücləndirəcək.“ deyir. Bununla sabahkı günə daha xoşbəxt oyanacaqsınız.

  • Birlikdə gülün.

Sadəcə ikinizə özəl olan anlar aranızdakı bağı möhkəmləndirir. 52 cütlük arasında aparılan araşdırmada, birlikdə güldükləri anları xatırlayanların münasibətlərindən daha çox razı qaldıqlarını göstərir. Xüsusilə, başqa insanların anlamadığı zarafatlar, cütlüklərin bir-birilərinə qoyduqları ləqəblər, adlar münasibətləri gücləndirir.

  • Düzgün şəkildə mübahisə edin.

Münasibətlərinizə zərər vermədən problemləri həll etməyin əsas yolu düzgün kəlimələri seçməkdir. Son zamanlarda aparılmış müşahidələr mübahisələrdə istifadə edilən “biz “ əvəzliyinin rolunun önəminə işarə edir. Problemlərini həll edərkən “biz” sözünü işlədən tərəflərin bir-birini daha yaxşı anladığını göstərir. Tam tərsi davamlı olaraq “ mən “  kəliməsini işlətməyiniz qarşınızdakının neqativ düşümcələrini artırır və nəticədə mübahisə böyüyür. Amma “biz” əvəzliyi yoldaşınıza sizinlə eyni “komandada” olduğunu xatırladır.

  • Müvəffəqiyyətlərinizi qeyd edin.

Yoldaşınız iş yerində olan gözəl bir şeyi sizinlə paylaşanda gülümsəyirsiniz? Əslində bu an münasibətləriniz üçün çox önəmlidir. Yoldaşınızın müvəffəqiyyətini qeyd etməniz onun eqosunu müsbət istiqamətdə yüksəldəcək. Bunu sadəcə bir kekslə də bayram edə bilərsiniz. Hər zaman sizin onun yanında olduğunuzu hiss etdirin.

  • Birlikdə idmanla məşğul olun.

Birlikdə idman etməyiniz həm bədəninizin daha sağılam olmasına, həm də cinsi həyatınızın daha yaxşılaşmasına təsir edəcəkdir. İdmanla stresinizi də atmış olacaqsınız.

  • Dinləməyi bacarın.

Əsasən kişilərin yaxşı dinləyici olmadığı düşünülsə də , qadınların da bu məsələdə yaxşı pozisiyada olduğunu söyləmək olmaz. Yoldaşınızın sözünü kəsmədən dinləyin. O duyğularını bölüşdükdə yoldaşınız üçün güzgü rolunu oynayın. Ən önəmlisi isə onun fikirlərinə dəyər verdiyinizi əks etdirin.