Ev şəraitində dişlərin ağardılması yolları.

dişlərin ağardılması

Kakos yağı.

Bu yağ dişlər üçün universal ağardıcı sayıla bilər. Kakos yağı sadəcə ağız boşluğu üçün deyil, həmçinin insanın bütün orqanizminə çox xeyirlidir. O antibakterial effektə malikdir, həmçinin dişlərin minasının bərkidilməsi, kariesin profilaktikası və eləcədə damaqların vəziyyətinin xeyli yaxşılaşdırılması üçün əla vasitədir. Eyni zamanda bu yağ sizin nəfəsinizə qeyri adi təravət verəcəkdir.

Beləliklə kakos yağı ilə dişləriniz üçün aşağıdakıları etməniz məsləhətdi:

  1. Hər gün dişlərinizi fırçalamazdan əvvəl 1 yemək qaşığı kakos yağı ilə ağzınızı yaxalayın.
  2. Yaxşı effekt üçün bunu 10 dəqiqə davam etdirin amma ehtiyyatlı olun yağı udmayın.
  3. Sonra ağzınızı yaxşıca yaxalayın və dişlərinizi fırçalayın.

Bu proseduru hər gün yerinə yetirin və bir müddətdən sonra görəcəksiniz ki, dişləriniz rəngi ağarmağa başlayıb.

Limon və soda qarışığı.

Gözəl təbəssüm hər bir qadının vizit kartıdır təbii ki, kişilərin də həmçinin. Bir çoxları dişlərini gözəl və bəyaz etməkdən ötrü marketlərdə satılan əczaçı şirkətlərin istehsal etdiyi yeni vasitələrə, stamotoloqlara üz tutur ki, bu da nəticədə böyük məsrəflərə yol açır. İndi sizə dişlərin ağardılması üçün əjdadlarımızın istifadə etdiyi təbii vasitədən xəbər verəcəyik. İnanmırsız? Onda oxuyun, riayət edin və dediklərimizin həqiqət olduğunu öz gözlərinizlə görün.

  1. Təmiz bir kasa götürün, içinə 1 qaşıq çay sodasını kasaya tökün, qaşıqla onu kasanın dibində bərabər şəkildə yayın.
  2. Bir ədəd limonu ortadan bölün və kasanın içinə sıxın.
  3. Qarışımı eynicinsli qarışım halına gələnə qədər qarışdırın.
  4. Ağız boşluğunuzu bu qarışımla 2-3 dəqiqə yaxalayin sonra isə su ilə yaxalayın.

P.S. Dişlərində karies, paradontoz və s. xəstəliklər olan insanların etməsi məsləhət deyil. Belə ki, prosedur zamanı diş minasının üzərindən az da olsa müəyyən bir qat götürülür bu da xəstə dişləri olan insanlarda problemlər yarada bilər. Odur ki, bu prosedurdan öncə dişlərinizdəki xəstəlikləri müalicə etdirin sonra isə bu proseduru yerinə yetirə bilərsiz.