Dünyanın ən qəribə dəfn mərasimləri.

dəfn

Qəribə dəfn mərasimləri.

Dünyada bəzi mədəniyyətlərdə dəfn mərasimləri çox fərqli şəkildə keçirilir. Sizin üçün bu qeyri-adi ənənələrin siyahısını hazırladıq. Oxuduqca çox təəcüblənəcəksiniz.

  • Amerika.

Bədənimizdəki karbon elementinin çoxluğu haqqında çox güman ki, bilirsiniz. Amerikada Life Gem şirkəti yandırılan meyitlərin bədənlərindəki karbon atomlarından üzük, qolbağı, boyunbağı və.s kimi zinət əşyaları hazırlayırlar. Beləliklə bir çox insan ölmüş yaxınlarını öz üzərilərində gəzdirirlər.

  • İndoneziya.

İndoneziyada Tana Toraja əyalətində yaşayan xalq dəfn mərasimini toy kimi keçirirlər. İnsan öldükdən sonra onu meyit kimi qəbul etmirlər. Meyiti evdə saxlayır, yedizdirirlər, axsamlar sanki yaşayırmış kimi öz yatağına yatızdırırlar, dəfn mərasiminə hazırlaşırlar. Bu hazırlıq hətta aylarla davam edə bilər. Meyit basdırıldıqdan sonra bir neçə ildən bir meyit çıxarılır, paltarları dəyişdirilir yenisi ilə əvəz olunur.

  • Afrika.

Cənubi Avstraliya və Afrikanın bəzi qəbilələrində ölüyə hörmət əlaməti olaraq əti yeyilir. Bununla ölünün ruhunun həmişə yaxınlarının yanında qalacağı düşünülür. Əsasən də cəsədin qol, ayaq və qarın yağları yeyilir ki, ölənin ruhu onlara keçsin.

  • Tibet.

Tibetdə yaşayan dindarların bədənləri öldükdən sonra kərkəs quşlarına yedizdirilir. Sümükləri yaxınlar tərəfindən əzilərək toz halına salınır və quş yeminə qatılaraq qarğalara yedizdirirlər. Bununla ölünün ruhunun göylərə ucaldığına inanırlar.

  • Çin.

Çinin Donkai əyalətində ölənin hörməti onun dəfn mərasiminə gələn insanların sayı ilə ölçülür. Buna görə də dəfn mərasiminə daha çox insan cəlb etmək üçün striptizçi, rəqqasələr çağırırlar.

 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*