Dişlərin ağardılmasının təbii yolları.

Dişlərin ağardılmasının təbii yolları.

Evdə təbii yolla diş bəyazlatma.

Hamımızın arzusu mirvari kimi bəmbəyaz dişlərə sahib olmaqdır. Gözəl dişlər təkcə gülümsəmənizi gözəlləşdirməz, həm də sizi cazibədar edər. Bəyaz və düzgün şəkildə sıralanmış dişlər gözəlliyinizə gözəllik qatacaqdır.

Evdə dişlərinizi ağartmağın təbii yolları ilə müləmməl dişlərə sahib olacaqsınız.

  • 1 çay qaşığı soda, 1 çay qaşığı şalfey və 1 çay qaşığı darçın.

1 çay qaşığı soda, 1 çay qaşığı şalfey və 1 çay qaşığı darçını qarışdırın. Nəm və təmiz bir diş fırçası ilə dişlərinizə sürtün. Hər axşam yatmazdan öncə bunu təkrarlayın və 1 həftənin sonunda effektini görəcəksiniz.

  • Çiyələk.

Çiyələk dişlərdəki ərpi yumşaldır. Onun tərkibində olan liflər ağızdakı bakteriyaların izolyasiyasına köməklik edir. Çiyələyi əzin və məcun halına salın, dişlərinizi onunla fırçalayın. Lakin bu məcunu tez-tez istifadə etməyin. Çünki çiyələyin tərkibindəki turşular diş minasına zərər verə bilər.

Duz antibakterial vasitə və təmizlik maddəsidir. Diş pastanıza duz əlavə etsəniz, bəyaz və daha təmiz dişlərə sahib olacaqsınız.

  • Dəfnə yarpağı və portağal qabığı.

Dəfnə yarpağını əzin, rəndələnmiş portağal qabığı ilə qarışdırın. Fırçanıza bu məcunu çəkin. 5 dəqiqə onunla dişlərinizi fırçalayın. Hər gün istifadə etməniz dişlərin üst təbəqəsinə zərər verə bilər.

  • Kök.

Çiy kökü rəndələyin və bununla dişlərinizi fırçalayın. Kökün tərkibində dişləri ağartmaq üçün hansısa maddə olmasa da, sərt tərkibiylə dişlərinizi daha yaxşı təmizləyəcək.

Bananın tərkibində orqanizmimiz üçün gərəkli olan dəyərli maddələr mövcuddur. Dişlərinizi təbii yolla ağartmaq üçün banan qabıqlarından istifadə edin. Qabıqları əzin, 2-3 dəqiqə onunla dişinizi fırçalayın. 15-20 dəqiqə sonra isə adi diş məcunu ilə fırçalayın. Bunu həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.

  • C vitaminli meyvələr.

C vitaminli meyvələr dişlərinizi bəyazlaşdırmaq üçün sizə kömək edəcək. Portağal, limon, çiyələk, pomidor kimi ərzaqları əzib, məcun halına salın və dişinizi fırçalayın.

Soda dişləri ağartmaq üçün əsrlərdir istifadə olunan bir maddədir. Bir az suya sodanı əlavə edib dişlərinizi fırçalayın. Tez-tez istifadə olunarsa, diş çürüklərinə səbəb ola bilər.

Duzlu suya zeytun qoyun və bir müddət saxlayın. Daha sonra bu su ilə qarqara edin. Bu məhlul diş ətlərinizi gücləndirəcək və diş əti qanamanız varsa, aradan qaldıracaqdır.