Diş əti probleminin təbii yollarla həlli.

diş əti

Əziz oxucular qanayan və boşalan diş əti problemi bir çoxumuz tanışıq. Aşağıda Sizlərə bu problemlə effektiv mübarizə aparma və saglam diş ətinə sahib olma yollarını təqdim edirik.

  • Cavan yarpaqlar

Bahar fəslində vitamin çatışmamazlığı adi haldı. Bizim diş ətimiz bu səbəbdən ən çox əziyyət çəkir və çatışmayan zəruri maddələr ehtiyyatını doldurmaq üçün ağızda ağcaqayın, şam, cökə, gicitkən, və turşəng yarpaqlarını çeynəmək və ya dəmləyib içmək lazımdır. Həmçinin cavan zəncirotu yarpaqlarından salat hazırlayıb aramla çeynəyə-çeynəyə yemək olar.

  • Günəbaxan yağı

6 ya ərzində gündə 2 dəfə olmaqla agız boşluğunuzda günəbaxan yağını saxlayın.

  • İynəyarpaq məhlulu

Bu məhlulu çay əvəzi də içə bilərsiz. 1.5 litr suya 5 yemək qaşığı şam ağacı iynəyarpaqları, 2 yemek qaşığı doğranmış itburnu meyvəsi və 1 yemək qaşığı doğranmış soğan qabığı tökün. Qaynayana qədər gözləyin sonra 5 dəqiqə də qaynadın. Bu məhlulu gün ərzində için için. 2 həftə içsəz daha faydalı olar.

  • Arı mumu

25 qr arı mumunu üyüdün və tünd şüşəyə qoyun, sonra üzərinə 10 ml spirt və 150 ml yaxşı araq tökün. Mum təmamən həll olana qədər məhlulu qarışdırın sonra üzərinə 50 qr üyüdülmüş dazı otu əlavə edin və 15 gün arada çalxalamaq şərtilə saxlayın vaxt bitdikdən sonra filtrə edin. Alınmış məhluldan hər dəfə 30 damcı 100 ml suya əlavə edin ağız boşluğunuzu yaxalamayın. Prosedur gündə 4 dəfə həyata keçirilməlidir.

  • Massaj

Hər gün dişlərinizi fırçaladıqdan sonra diş ətinizi massaj edin. Bunun üçün əlinizin baş və işarət barmaqlarına pasta sürtün və qabaqdan başlayaraq arxaya doğru hərəkət etdirin, bunu 5 dəqiqə davam edin. Prosedur başa çatdıqdan sonra dəmlənmiş çobanyastığı məhlulu ilə ağız boşluğunuzu yaxalayın.

 

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*