Daban çatları və onlarla təbii vasitələtlə mübarizə yolları.

Daban çatları

Daban çatları üçün təbii vasitələr.

Daban çatlarından çoxumuz şikayətçiyik. Daban çatları bədənin lazımi qədər suya sahib olmadığının göstəricisidir. O estetik baxımdan heç də yaxşı görünmür. Dabanlarımız qışda soyuğun, yayda isə qumun, dənizin təsirilə quruyur və çatlayır. Daban daşları, çatlaqlar üçün kremlər bəzən sərtləşmiş dabanların öhdəsindən lazımi şəkildə gələ bilmir. Əslində təbii vasitələrlə hamar dabanlara sahib olmaq mümkündür.

  • Bananlı ayaq maskası.

Dərini nəmləndirmək üçün ən praktik və ucuz vasitələrdən biri banandır. Bir bananı əzin və dabanlarınıza çəkin. 15 dəqiqı gözləyin. Daha sonra ilıq su ilə durulayın.

  • Düyü, zeytun yağı, sirkə.

1 ovuc düyü, 2 xörək qaşığı bal, 2 xörək qaşığı zeytun yağı və 1 yemək qaşığı sirkəni qarışdırın. Masaj edərək dabanlarınıza çəkin. Daha sonra ilıq su ilə durulayın və təmiz dəsmalla qurulayın.

  • Soda.

2 litr ilıq suyu balaca vannaya boşaldın. Üzərinə 1 çay qaşığı soda əlavə edin. 10 dəqiqə ərzində sodanın suda həll olmasını gözləyin. Həll olduqdan sonra ayağınızı suya salın və 20-30 dəqiqə suda saxlayın. Bu müddət ərzində soda bir azca dabanlarınıza ağrı hissi verə bilər, lakin ayağınızı sudan çıxartmayın. Təyin olumuş vaxt tamam olduqda ayağınızı sudan çıxardın, təmiz dəsmalla qurulayın və corab geyinin. Bu prosesi 10 gün müddətində təkrarlamağınız tövsiyə olunur.

  • Zeytun yağı.

Daban çatlarının müalicəsində zeytun yağından faydalana bilərsiniz. Zeytun yağını dabanlarınıza sürtün və corab geyinin, 2 saat ərzində qoyun ayaqlarınızda qalsın. Digər formada bu maskanı yatmazdan öncə də edib, səhərə qədər yağı ayaqlarınızda saxlaya bilərsiniz.

  • Alma sirkəsi.

Vannanı soyuq su ilə doldurun və üzərinə bir miqdar alma sirkəsi əlavə edin, qarışdırın. Daha sonra ayaqlarınızı içərisində 30 dəqiqə saxladıqdan sonra yuyun və qurudun.

  • Yulaf və zeytun yağı.

1 yemək qaşığı toz halına salınmış yulaf və 4-5 damla zeytun yağını məcun halına gələnə qədər qarışdırın. Hazırladığınız maskanı ayaqlarınıza, xüsusilə də dabanlarınıza çəkin və 30 dəqiqə gözləyin. Bu vaxt ərzində dabanlarınız təbii vitamin və minerallarla bəslənəcək. Daha sonra ayaqlarınızı soyuq su ilə yuyun və qurulayın. Bu maskanı dabanlarınız yaxşılaşana qədər istifadə edə bilərsiniz.

  • Bal.

Balla hazırlanan maska daban çatlarından tezliklə qurtulmaq üçün praktik üsuldur. Balın möcüzəvi gücündən faydalanaraq dabanlarınızı yumyumuşaq edin. 1 stəkan bal və yarım vedrə ilıq suyu qarışdırın. 20 dəqiqəliyinə ayaqlarınızı vedrənin içərisinə qoyun.Bu maskanı həftədə 2-3 dəfə təkrarlaya bilərsiniz.

İlk şərh edən siz olun.

Şərh qoyun

Elektron ünanınız məxfi qalacaq!.


*